Alzheimer üçün qan testiylə erkən diaqnoz ümidi
18.06.2015 13:25 Maraqlı 2087
Alimlər qandakı bir zülalın beyin funksiyalarının azalıb azalmadığını göstərdiyini kəşf edib. İngiltərənin paytaxtı Londondakı King'S College araşdırmaçıları, təxminən 10 illik araşdırmalardan sonra 200-dən çox əkiz alınan nümunələrdə qandakı min 129 zülal səviyyəsini analiz edib.
Araşdırmanın aparıldığı müddət ərzində beyin funksiyalarında azalma görülən şəxslərdə "MAPKAPK5" zülalı səviyyəsində də əhəmiyyətli dərəcədə enmə yaşandığı qeyd edilib.
MAPKAPK5 zülalı, kimyəvi mesajları beynə daşıyır.
Araşdırmanı idarə edən Steven Kiddle, "alzheimer və demans kimi degenerativ beyin xəstəliklərinin erkən diaqnozuna dəstək olması baxımından böyük əhəmiyyət daşıyır" - deyib.
Araşdırma "Translational Psychiatry" jurnalında dərc olunub.
Şərhlər