100 il yaşamağın sirri
18.06.2015 14:04 Maraqlı 2425
Azərbaycanın kəndini və şəhərini xilas edə biləcək yeni layihə
Azərbaycan ehtiyac duyduğu pambıq parçanın təxminən 10-12 faizinə uyğun pambıq istehsal edilir. Keçən il ölkədə 35 min ton pambıq yığılıb.
Halbuki ANS PRESS-in araşldırmasına görə, Azərbaycanın pambıq parçaya olan ehtiyacını ödəmək üçün 300 min tondan çox təmizlənməmiş pambığa ehtiyac var.
Hesablama 300 min ton pambığın ən minimum ehtiyacı ödədiyini ortaya çıxarır. Beynəlxalq standartlara əsaslanan hesablamaya görə, bir adamın ildə 8 kiloqrama yaxın pambıq parçadan düzəldilmiş əşyaya ehtiyacı var. Məsələn, bir kişi il ərzində ən azı 6 cüt corab (0,2 kq), 4 ədəd alt paltarı (0,8 kq), 2 dəst kostyum, yəni şalvar və pencək (2,2 kq), 4 köynək (0,8 kq), 2 ədəd üst trikotajı (0,8 kq) , 1 palto və ya gödəkçə (1 kq) almağa məcburdur. Bu, ildə 5,8 kiloqram edər. Bundan əlavə, Azərbaycan vətəndaşı sanitariya qaydalarına riayət eləmək üçün ən azı ildə bir dəst yataq dəsti almalıdır ki, bu da 2 kiloqram pvmbıq parça deməkdir. Buraya yorğan üzü (0,6 kq), mələfə (0,4 kq), yastıq üzü (0,2 kq), üz dəsmalı (0,2 kq) və hamam dəsmalı (0,6 kq) da aiddir.
Ölkədə 9,5 milyon əhali var və beləliklə daxili tələbatına təmin edilməsi üçün 80 min tona yaxın pambıq parça lazım oldğu ortaya çıxar. Texniki itkilər də nəzər alınarsa, həmin məhsulu istehsal etmək üçün 300 min tona yaxın təmizlənməmiş pambıq lazımdır. Hər il Azərbaycanda 100 mindən çox yeni insanın dünyaya gəlir və onlar üçün də sovet illərində olduğu kimi pambıq yorğan-döşək istehsal edilərsə, bu, tələb olunan pambıq göstəricisini daha da artırar.
Sovet illərində bu ehtiyacın əsasən hissəsi yerli istehsal hesabına ödənirdi və ölkənin toxuculuq sənayesi SSRİ-nin geniş bazarına çoxc çeşiddə mal göndərirdi. Məsələn, 1970-80-ci illərdə Azərbaycanda 300 min tona yaxın pambıq mahlıcı istehsal edilib. 900 min ton təmizlənməmiş pambığa uyğun gələn bu məhsulun xeyli hissəsi Azərbaycanda emal edilirdi. Məsələn, Gəncədə ildə 4 milyona yaxın köynək tikilirdi. Ölkə üzrə ildə 40 milyon cüt corab toxunurdu, təxminən 25 milyon alt paltarı tikilirdi. Toxuculuq sənayesində ildə təxminən 11 milyon ədəd üst trikotaj hörülmüşdü. Həmin illərdə ölkədə təminən 6 milyon adam yaşayırdı.
Göründüyü kimi, Azərbaycan əhalisinin pambıq geyimlərlə bağlı heç bir problemi yox idi. Ayda orta hesabla 300-400 rubl maaş alan orta azərbaycanlı dükandan 3-4 rubla pambıq köynək, 100 rubla pambıq kostyum, 10-12 rubla cins şalvar ala bilirdi. Sintetik mallar çox az idi və adətən pambıqdan xeyli baha olurdu. Buna görə də əhali əsasən ucuz yerli məhsullara üstünlük verirdi. Gəncədə, Mingəçevirdə, Bakıda, Naxçıvanda və digər şəhərlərdə 10 minlərlə insan toxuculuq sahəsində işləyirdi.
Ölkənin o vaxtkı rəhbərliyi sağlam nəsil yetişdirmək üçün ucuz pambıq əşyalardan istifadəni stmullaşdırırdı. Məsələ bundadır ki, 95 faiz sellülozadan ibarət olan pambıq parça bədəndən tərin rahat kənara ötürülməsinə imkan yaradır. Bu isə insanların bir çox xəstəliklərdən uzaq duraraq, uzun yaşamasına imkan yaradır.
Sovet illərdə Azərbaycanın malik olduğu toxuculuq sənayesinin süqutunun səbəbləri aydındır - keçid dövründə istehsal həlkəsinin bəzi qovşaqları qırıldı və bu, bütünlüklə sektorun məhvi ilə nəticələndi.
Amma İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, son bir neçə ildə Azərbaycanda toxuculuq sənayesinin inkişafı üzrə müəyyən cəhdlər edilib. Məsələn, Sumqayıtda istifadəyə verilmiş tekstil parkında 2 minə yaxın adam çalışır və 600 minə yaxın adamın ehtiyacını ödəyəcək pambıq geimlər və ev əşyaları istehsal edilir.
Parkın özəlliyi ondadır ki, burada yerli xammaldan istifadə edilir, sapın əyirilməsindən paltarın tikilməsinə qədər bütün əməliyyatlar parkda aparılır, daxili bazara keyfiyyətli və ucuz məhsul çıxarılır. Sumqayıt tekstil parkı iş həcmini 2 dəfə artıraraq işçi sayını 4 minə qaldırmaq istəyir. Bu kimi cəhdlər Mingəçevir və Gəncə şəhərlərindən də edilir.
Lakin Özbəkistanda toxuculuq sənayesində müşahidə edilən sıçrayışla müqayisədə bu yetərincə sönük görünür. Rəsmi Daşkənd beynəlxalq sərmayəçiləri cəlb edərək 70 minə yaxın yeni iş yeri açıb. Özbəkistanda yığılmış 3,3 milyon ton pambığın 70 faizə qədər ölkə daxilində emal edilir. Daşkənd qarşısına toxuculuq maşınqayırmasını inkişaf etdirməyi məqsəd qoyub. Bu isə minlərlə yeni iş yeri deməkdir.
Bu baxımdan Azərbaycan da sektorla maraqlanan beynəlxalq sərmayəçilərlə əməkdaşlığı gücləndirməlidir. Məsələn, bir neçə həftə öncə Səudiyyə Ərəbistanından olan iş adamları Azərbaycanın toxuculuq sənaesi ilə maraqlandıqlarını bəyan etmişdilər. Şəksiz ki, onların layihələrinin gerçəkləşdirilməsi ölkədə becərilən pambığın miqdarını xeyli artaracaq, həmçinin əsasən rayon yerlərində qurulacaq toxuculuq fabriklərində minlərlə yeni iş yeri açılacaq.
Hökumət həmçinin Azərbaycan kəndlisini pambıq əkməyə meylləndirmək üçün müəyyən stimullaşdırmalıdır. Bu istiqamətdə subsidiyalar, dövlət sifarişləri və s. tətbiq etməklə sektoru yenidən Azərbaycan kəndinin əsas çörək ağacına çevirə bilər.
//Anspress
Şərhlər