"Hər gün bir qaşıq bal yeyin" - Ekspert
24.10.2015 17:37 Maraqlı 2607
“Çalışın, il boyu hər gün ən azı 1 qaşıq təmiz bal yeyin, o zaman xəstələnməzsiniz”.
Bu sözləri Azərbaycan Tibb Universitetinin baş müəllimi Aida Bəndliyeva Reaskiya.az-a bildirib.
O, həmçinin indiki mövsümdə qriplə mübarizə üsullarını da açıqlayıb:
“İndi hər bir orqanizm yaydan çıxdığı üçün immunitetin adaptasiyaya uyğun zəiflləməsinin qarşısını almaq lazımdır. Bunun üçün ən yaxşı vasitə tər meyvə şirələri (yerkökü, alma, limon) qəbul etmək, gün ərzində fitonsidli bitkilərə, soğana, sarımsağa, yerli meyvə-tərəvəz, ət, balıq məhsullarına üstünlük vermək lazımdır. Xəstəliyə yoluxma hiss etdikdə kartofla kəklikotu və ya evkaliptlə çay sodasını qaynadıb burunu, üzü para vermək lazımdır. Çoxlu, kompot, limonlu çay və maye qəbul edilməlidir. Antibiotklərə meyl etmək olmaz”.
Şərhlər