Bu şəhər İtaliyanın mədəniyyət paytaxtı seçilib
29.10.2015 02:15 Maraqlı 1958
İtaliyanın Mantua şəhəri bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı il üçün mədəniyyət paytaxtı seçilib. Əlli min sakini olan bu kiçik şəhərin tarixi mərkəzi 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Reaksiya.az xəbər verir ki, İtaliyanın mədəniyyət paytaxtı olmağa namizəd doqquz şəhər arasından məhz Mantuanın seçilməsi şəhərin yeni meri Mattia Palazzini böyük sevincə qərq edib. “Bu nəticə mənim üçün gözlənilməz oldu. Mantuanın belə önəmli bir statusa layiq görülməsi zəngin mədəni irsə malik qeyri-adi şəhərin daha da tanınması üçün gözəl fürsətdir”,-deyə mer sevincini bölüşüb.
Bundan əlavə, Mantuanın inkişafına bir milyon avro dəyərində maddi vəsait də ayrılıb.
Qeyd edək ki, digər namizəd şəhərlər Akuileia, Komo, Erkolano, Parma, Piza, Pistoia, Spoleto, Taranto və Terni olub.
Şərhlər