Həqiqi, yoxsa saxta - Brend məhsulu necə ayırd etmək olar?

30.10.2015 20:29     Maraqlı     3779

Reaksiya.az Buro247.az portalına istinadən, oxuculara bahalı brendlərin saxtalaşdırılmış məhsulları ilə qarşılaşmamağın təfərrüatlarını təqdim edir.Bakının mərkəzində yerləşən geyim mağazalarında siz bir çox məşhur brendlərin məhsullarını ala bilərsiniz. Özü də cibinizə ucuz qiymətə. Burada ortaya bir sual çıxır: əgər brenddirsə, niyə belə ucuz?  Mütəxəssislərin sözlərinə görə, brend mallar hazırlandıqları fabriklərdən yararsız olaraq satışa çıxarılır, bəziləri isə Çində istehsal olunur. Bu isə o deməkdir ki, Bakı mağazalarının əksəriyyətində dünyaca məşhur brendlərin yararsız malları satılır. Bəs saxtalaşdırılmış brendləri həqiqidən necə fərqləndirmək olar?

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Limitli Chanel çantaları və ya Hermes tərlikləri dəblə ayaqlaşmağı sevən qızların qarderobunun əsas əşyalarıdır. Bakıda da bu lyuks aksessuarların Çin variantı minimum 5 mağazada tapa bilərik. Instagram sosial şəbəkəsində isə təkcə Cartier qolbaqları, Valentino çantaları deyil, həm də Dior Fusion payetkaları ilə bəzədilmiş krossovkalar, hətta Karl Laqerfeldin yuxusunda belə görmədiyi Chanel boy çantaları satılır.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Bakı elitası kübar tədbirlərdə limitli Chanel çantaları, Hermes Birkin və Kelly çantaları ilə parlamağı sevir və düşünürlər ki, heç kim onların bu hiylələrini anlamır. Qərb mətbuatına nəzər salsaq, bir çox dünya ulduzunun bu cür fənddən istifadə etdiyini görərik.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

2012-ci ildə məşhur musiqiçi və yeniyetmələrin sevimli ifaçısı Castin Biber yeni layihəsinin təqdimatına öz stilistinin məsləhətilə saxta Louis Vuitton markasının gödəkcəsində gəlmişdi. Mətbuatın iradından sonra Biber təbii ki, stilistini işdən qovdu və şirkəti onu məhkəməyə vermək iddiasından daşındırdı.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?
Maraqlıdır ki, oxşar hadisə britaniyalı dizayner, "Spice girls" qrupunun sabiq üzvü Viktoriya Bekhemlə də baş verib. Britaniya tabloidləri onu Louis Vuitton-un kult modellərindən birinin saxta versiyası ilə yaxalamışdılar. Növbəti gün Daily Mail nəşrində bu barədə materialı oxuyan markanın kreativ direktoru Mark Ceykobs ona çantanın orijinal modelini göndərmişdi. Beləcə, onlar dostlaşmışdılar.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Həqiqi məhsulu saxtadan fərqləndirməyin yolları:
Chanel çantasını alarkən içərisinə baxın. 1980-ci illərdən bəri buraxılan hər bir modelin individual nömrəsi olur və onlar təkrarlanmır. 2005-ci ilə qədər rəqəmlərin sayı 7 idi, sonra isə xüsusi kağızda 8 rəqəm dərc olundu. Yeni nömrələr plyonka ilə örtülüb. Plyonkanın sol tərəfində qara zolaq və loqotip var.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Louis Vuitton brendində Chanel-dən fərqli olaraq nömrə individual deyil: o, çantanın buraxılma yerini və tarixini göstərir. 1980-ci ildən sonra buraxılan bütün çantalarda nömrə var. 1990-cı illərdən nömrə eynidir: 2 hərf və 4 rəqəm.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Hər bir Hermes çantasının onun hazırlandığı ili müəyyən edən ştampı var. Bu, çantanın içərisində dəridə həkk olunan hərfdir. İlindən asılı olaraq, o kvadratın, dairənin içərisində və ya çərçivəsiz təqdim edilir. Hərflər əlifba sırası ilə gedir: 1997-ci il üçün A hərfi müvafiqdirsə, 2012-ci ildə biz P hərfini görəcəyik.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Hermes zinət əşyalarına gəlincə, burada loqotipin şrifti çox vacibdir. O, kifayət qədər incə və yüksək keyfiyyətlidir. Əgər ştamp səliqəsiz görünürsə və ya hərflər düz deyilsə, qarşınızda saxta modeldir.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Qızların sevimlisi olan Chanel bijüteriyasının isə oval ştampı olur. Ştampdakı hərflər heç bir halda "axmır". Ştampın ortasında loqotip, onun sağında və solunda isə buraxılış ili, eləcə də kolleksiyanı göstərən hərf var.

Həqiqi, yoxsa saxta - brend məhsulu necə ayırd etmək olar?

Eyni sözləri saxtalaşdırılmış kosmetik vasitələr haqqında da demək olar. Lakin nəzərə almalısınız ki, keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Odur ki, həqiqi və ya saxta məhsullar alıb-almamağa özünüz qərar verin.

 

 

Şərhlər

Çox oxunanlar