Şairlərə salamlaşmağa görə 99 qamçı cəzası
31.10.2015 06:13 Maraqlı 1910
İranlı şairlər Fatemeh Ektesari və Mehdi Mossaviyə verilən qamçı cəzaları dünya mediasının gündəmindən düşmür. Məlumatlara görə, hər iki şair qarşı cinslə əllə salamlaşdığı üçün qamçı cəzasına məhkum ediliblər. 99 dəfə qamçılanacaq olan şairlərin cəzası bunla da bitmir. Ektesariyə 11,5 il, Moosaviyə isə 9 il həbs cəzası verilib. Bu haqda Beynəlxalq Yazıçılar Birliyindən məlumat yayılıb. 12 oktyabrda cəzaları açıqlanan şairlər “müqəddəs dəyərlərə həqarət” etdikləri üçün həbs ediləcəklər. Yazıçılar birliyi şairlərin fikir azadlıqları və sərbəst buraxılması üçün dini lider Əli Xomeyniyə müraciət edib.
Şərhlər