Pəhriz haqda "düzgün" hesab etdiyiniz - 10 səhv
02.11.2015 13:48 Maraqlı 2388
Artıq çəkidən əziyyət çəkən insanlar tez-tez pəhriz saxlayırlar. Onlar pəhriz haqqında hər eşitdiklərini etməyə çalışırlar. Lakin həkim məsləhəti olmadan pəhriz saxlamaq düzgün deyil və orqanizmdə müxtəlif fəsadlar yarada bilər.
Reaksiya.az pəhriz saxlanılan zaman edilən 10 səhvi təqdim edir:
1. Şokolad qətiyyən qadağandır.
Bu, yanlış fikirdir. Şokolad əslən kakao ağacının toxumlarından düzəldilən təbii qidadır. Şokoladda kalori yaradan içərisinə qatılan süd, şəkər və çərəzlərdir. Arada az miqdarda şokolad yeməkdən heç kəs ölməyib.
2. Şəkər zərərli və kalorilidir.
Bəli, amma hansı şəkər? İnsan orqanizminin zülal və karbohidrata olduğu qədər qlükozaya da ehtiyacı var. Bu ehtiyacı qarşılamaq üçün tort və ya paxlava əvəzinə şaftalı, ya da alma yemək olar.
3. Yağlı yeməklərdən imtina olunmalıdır.
Yağdan yağa fərq var. "Fast food"da istifadə olunan yağ zərərlidir, lakin toyuq və ya balıqdan alacağınız təbii yağ zərərsiz, hətta bədəninizin ehtiyacı olan yağ növüdür.
4. Pəhriz saxlayarkən kalori sayılmalıdır.
Aldığınız kaloriləri düzgün saymaq lazımdır, çünki hər kalori yerinə və zamanına görə dəyişir. Misal üçün,səhər saat 8-də aldığınız 300 kalori ilə yatmazdan əvvəl aldığınız 300 kalori arasında böyük fərq var.
5. Karbohidrat qətiyyən sərf edilməməlidir.
Bu da yanlış fikirdir, vəziyyət istehlak etdiyiniz karbohidrat növünə görə dəyişir.
6. Ac olanda idman eləmək daha çox kalori yandırır.
Əksinə, yağ və kalori itkisi əvəzinə əzələ itkisinə yol açır.
7. Metabolizmanı sürətləndirmək üçün iki saatdan bir yemək lazımdır.
Bu hal hər orqanizmə müxtəlif formada təsir göstərə bilər. Tez-tez yemək yemək metabolizmanı sürətləndirmək əvəzinə yalnız ac qalma müddətinizi qısaldır.
8. Çərəz yemək olmaz.
Bu çox yanlış fikirdir, badamın, fındığın tərkibində olan mineral və vitaminlər başqa heç bir ərzaqda yoxdur.
9. Yumurtanın sarısını yeməyin.
Xolestrolunuz yoxdursa yumurtanın sarısını yeməyin orqanizmə heç bir mənfi təsiri yoxdur.
10. Nanəli saqqız iştahı öldürür.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, nanəli saqqızın iştahın artıb-azalmasına heç bir təsiri yoxdur.
Şərhlər