Pişiklərdən ibarət tablo hərraca çıxarılacaq - ən azı 200 min dollara - VİDEO
03.11.2015 14:45 Maraqlı 2316
“My Wifes Lovers” adlı dünyanın pişiklərdən ibarət ən böyük rəsm əsəri bu gün hərraca çıxarılacaq.
Reaksiya.az xəbər verir ki, ən az 200 min dollara satılması gözlənilir.
Kahler tərəfindən çəkilən tablonun real hekayəsi var.
Rəsm əsərinin çəkilməsi 1890-cı ildə pişik sevər Kate Birdsall Johnson tərəfindən sifariş olunub. Johnsonun 350-i pişiyi olub və onlar üçün xidmətçi belə tutub. Hər pişiyişə xüsusiyyətlərinə görə, müxtəlif adlar verən Jonshon rəssamdan pişiklərini tablo vasitəsi ilə əbədiləşdirilməsini istəyib.
Daha əvvəl heç pişik rəsmi çəkməyən Kahler 3 il ərzində pişikləri müşahidə edərək 2.5 metr uzunluğundakı bu rəsmi çəkib.
Şərhlər