Evsiz insanlar "gəzən internet" oldular

05.11.2015 09:09     Maraqlı     2079

Çexiyanın paytaxtı Praqada maraqlı aksiya baş tutub. Reaksiya.az-ın xəbərinə görə bir yardım təşkilatı küçədə yaşayan insanlara simsiz internet daşımağı təklif edir, əvəzində isə yemək və geyim verir. Həyat üçün simsiz internet (WİFİ4Life) adlı təşkilat evi olmayan hər insana bir modem və bir enerji toplayıcı alət verir, həmin insanlar küçədə hərəkət edərək başqalarının simsiz internetdən istifadəsini təmin edir. Beləliklə, şəhərə ələn turistlər pulsuz və simsiz internetdən istifadə edir, evi olmayanlar isə ehtiyaclarını qarşılayır.

 

Şərhlər

Çox oxunanlar