Qaçqın kimi gəldiyi ölkədə nazir oldu

06.11.2015 01:52     Maraqlı     1915

Kanadaya qaçqın kimi gəlmiş əfqanıstanlı gənc qadın demokratik institutlar üzrə nazir vəzifəsinə təyin edilib.

Reaksiya.az xəbər verir ki, ölkənin baş naziri Justin Trudeau 30 yaşlı Maryam Monsefi noyabrın 4-də bu vəzifəyə təyin edib.

O, 31 üzvü olan Nazirlər Kabinetində ən gənc nazirdir.

Maryam Əfqanıstanın Herat şəhərindəndir və uşaq yaşlarından atasını itirib. O, Əfqanıstandan 1996-cı ildə anası və 2 bacısı ilə birlikdə qaçıb. Həmin vaxt onun 11 yaşı var imiş.

Qeyd edək ki, noyabrın 4-də Kanadanın yeni baş naziri seçilmiş Justin Trudeaunun da andiçmə mərasimi keçirilib. 43 yaşlı Trudeau Kanadanın 23-cü baş naziridir. O, ölkənin tarixində ən gənc ikinci baş nazirdir.

Trudeau kabinetdə vəzifələrin kişilərlə qadınlar arasında bərabər bölünməsinin tərəfdarıdır.

Şərhlər

Çox oxunanlar