Venesuela prezidenti bığlarından mərc gəldi
06.11.2015 15:40 Maraqlı 2224
Venesuela prezidenti Nikolas Maduro həftəlik televiziya proqramı zamanı aztəminatlı vətəndaşlar üçün 1 milyon mənzili istifadəyə verəcəyini vəd edib, Ukraynanın işgüzar jurnalı “Ekspert” məlumat yayıb.
“Mən mərc gəlirəm. Əgər dekabrın 31-nə kimi 1 milyon mənzil təhvil verməsək, mən bığlarımı qırxacam”, - Maduro deyib.
Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, şoumen və Venesuela prezidenti Maduro reytinqinin aşağı düşdüyü ağır anlar yaşayır.
Exit-polların məlumatına görə, cari ilin dekabrın 6-da keçiriləcək parlament seçkiləri Birləşmiş Sosial Partiya üçün heç də uğurlu olmayacaq.
“Maduro ilə əlaqədə” proqramının son buraxılışı zamanı Venesuela prezidenti arvadı Siliya Florensə dönərək, bığlarını qırxmasına razı olub-olmadığını soruşub. Florens bu varianta razılaşıb.
“İnşaatçı və mühəndis qardaş və bacılar, mən sizə müraciət edirəm: səylə işləyin ki, bığlarımı qırxmalı olmayım.
Xeyr, bu, belə deyil. Bu, zarafatdır. Səylə işləyin ki, bizim xalqımızın yaşayış yeri olsun” - Maduro bəyan edib.
Venesuelanın satirik saytı fotoşopun köməyi ilə Maduronun bığlarını artıq qırxıb. Onlar Maduronun ölkədəki kritik maliyyə vəziyyətinə görə bığlarını Uol-stritdə satmalı olduğu barədə zarafat ediblər.
Şərhlər