"McDonald’s"dan alınan hamburgerin içindən siçovul çıxıb

10.11.2015 06:38     Maraqlı     1851

Meksika hakimiyyəti paytaxt Mexiko Tlalnepantla bələdiyyəsində yerləşən "McDonald’s" sürətli qidalanma restoranını bağlayıb.

Reaksiya.az reporta istinadən xəbər verir ki, sözügedən müəssisədə satılan hamburgerlərdən birinin içindən siçovul başı çıxıb.

Restoranın xanım müştərisi zəhərlənmə əlamətləri ilə xəstəxanaya düşüb. Qadın gəmiricinin başı olan hamburger parçasını saxlayıb. Zərərçəkənin restoranı məhkəməyə verib-verməyəcəyi məlum deyil.

Sosial şəbəkələrdə hadisə ilə bağlı çoxsaylı şəkillər paylaşılıb. Şəkillərdən həqiqətən sıçovul başına bənzəyən sümükləri görmək mümkündür.

Bu ərəfədə, "McDonald’s" yayılan məlumatı təkzib edib.

Şərhlər

Çox oxunanlar