Putinin qızı ilə bağlı qalmaqal yarandı - ŞOK İDDİALAR... - VİDEO - FOTOLAR
11.11.2015 11:02 Maraqlı 2964
Rusiya prezidenti Vladimir Putinin ictimaiyyətdən gizlətdiyi ailə fərdləri ilə əlaqədar yeni bir məlumat mübahisə yaradıb. Putinin ikinci qızı Yekaterina Tixonovanın ölkənin ən nüfuzlu universiteti sayılan Moskva Dövlət Universitetinin nəzdiundəki milyard dollarlıq bir layihəni idarə etdiyi cəmiyyətə açıqlanıb. Reaksiya.az xəbər verir ki, bu məlumat “Reuters” tərəfindən açıqlandıqdan sonra dərhal Kreml bu barədə təkzib verib. “Reuters" isə israrla əllərində səsyazılarının olduğunu bildirib.
Digər tərəfdən, “Qazprombank” İdarə heyətinin sədri Andrey Akimov “Reuters” agentliyinə verdiyi açıqlamada MDU daxilində elm və texniki sahəsində fəaliyyət göstərən “Innopraktika” adlı layihəyə Putinin ikinci qızı Yekaterina Tixonovanın rəhbərlik etdiyini təsdiq edib.
Tixonovanı uşaqlıqdan bəri tanıdığını deyən Akimov “Reuters”ə bunları deyib: "Onun Putinin qızı olduğunu bilirdim. MDU-dakı layihəyə rəhbər təyin edilməsinin şəxsi münasibətlərlə heç bir əlaqəsi yoxdur. “Innopraktika”nın proqramı elmi kəşfləri dəstəkləmə mövzusu da daxil olmaqla “Gazprombank”ın bütün prioritetləri ilə üst-üstə düşür”.
Bundan başqa, “Reuters” Akimovdan başqa elm aləmindəki iki daha nüfuzlıu şəxsin də “Innopraktika”nın rəhbərinin Putinin qızı olduğunu təsdiqlədiklərini yazıb.
Daha əvvəl RBK agentliyi Putinin qızının idarə etdiyi layihənin milyardlarla dollar büdcəsi olduğuna dair bir xəbər vermişdi. Mövzuyla əlaqədar şəkillər də rus mətbuatına dərc olunmuşdu.
Şərhlər