"Mən Putinə zəng vurub deyəcəyəm ki..."
17.11.2015 11:02 Maraqlı 2794
ABŞ-da Respublikaçı namizədlərinin "Suriyada Rus təyyarəsi vurmaq" ehtirasları
İngiltərənin “The Guardian” qəzeti ABŞ – da prezidentlik yarışında iştirak edəcək Respublikaçıların namizədlərinin Suriyadakı proseslərlə bağlı dilə gətirdikləri maraqlı fikirləri bir yerə yığıb. Maraqlı olan odur ki, demək olar, bütün namizədlər, Rusiya ilə qarşıdurmadan çəkinmədikləri ilə bağlı görüntü yaratmağa cəhd edirlər.
Reaksiya.az xəbər verir ki, bir çox namizədlər Suriyada əməliyyat keçirən Rusiyanın döyüş təyyarələrinin vurulmalı olduğunu söyləyir. Bütün namizədlər Suriya üzərində uçuşa qadağan zonanın yaradılmasının tərəfdarıdır. Bəziləri isə ayrıca qurudan müdaxilə istəyir.
Məsələn, namizədlərdən Ber Carson bildirib ki, rus təyyarələrini vurmaq lazımdır: “Sonrakı hadisələr necə olarsa; ona uyğun olaraq davranarıq".
Carly Fiorina da, "bizlər rus təyyarələrini vurmağa hazır olmalıyıq" - deyir. Fiorina sözlərinə vuirmazdan əvvəl Putin ilə heç vaxt görüşməyəcəyini də əlavə edir.
Lindsey Grahamın ifadələri də çox fərqli deyil: "(Putinin) təyyarələrini vurardım. Heç tərəddüd etmədən onun təyyarələrini vurardım".
Kris Kristinin təyyarələri vurmaq tərəfdarıdır: "Putinə zəng vurub ona deyərdim ki: Dinlə; biz hər kəsə qarşı uçuşa qadağan bölgə elan edirik. Buna sən də daxilsən".
Allah bilir, bunlardan hər hansı biri president seçilərsə, ABŞ nə günə qalar?!…
Şərhlər