Terror qorxusu zamanı nə etməli?

19.11.2015 11:22     Maraqlı     5065

Paris hücumlarından sonra Avropanın "ciddi" terror təhlükəsi ilə qarşı-qarşıya olduğu yönündəki xəbərdarlıqlar çox adamı narahat edir. Alman Psixoloqlar Dərnəyi terror qorxusu yaşayanlara bəzi təkliflər edib.

Reaksiya.az xəbər verir ki, Alman Psixoloqlar Dərnəyi, xüsusilə Paris hücumları sonrasında xalq arasında hakim olan qorxu və çaxnaşma duyğularının üstəsindən gəlmək üçün bəzi tövsiyələr verib.

Dərnək, terror hücumlarına bağlı xəbərlərin dəqiqəsi dəqiqəsinə təqib edilməməsini məsləhət görüb. Dərnəyin rəhbəri Mişel Kramer Berlində verdiyi açıqlamada, mənfi xəbərlərin davamlı təqib edilməsinin qorxu və inamsızlıq hissiyatı meydana gətirəcəyini ifadə edib. Kramer məsələn quş qripi epidemiyası əsnasında mediada yer alan xəbərlərin əksəriyyətlə gerçək risk vəziyyəti ilə ziddiyyət təşkil etdiyini söyləyib. Mütəxəssis hər xəbəri oxumaq yerinə xəbər alışında seçici davranılmasını tövsiyə edib.

"Özünüzü məcbur etməyin, özünü rahat hiss etmədiyiniz yerlərə getməyin"

Kramer hazırda terror xəbərlərinin intensivləşdiyi mühitdə qorxu və qayğı duymağın çox normal olduğunu, ancaq buna qarşı müəyyən tövsiyələrə görə konkret riskləri araşdıraraq hər kəsin öz planlarını nəzərdən keçirməsi olduğunu ifadə etdi. Psixoloq ekspert, insanlara çarəsizlik kompleksini aşmaq üçün şüurlu bir şəkildə davranış dəyişikliyi edilməsi məsləhət görüb.

Şərhlər

Çox oxunanlar