İnsulin iynəsi tarixə çevrilir

24.06.2015 08:47     Maraqlı     2838

 

 

ABŞ-da lazım olanda avtomatik olaraq insulin ifraz edən bant yaradılıb. Alimlər, "ağıllı bantın" qandakı şəkər faizini müəyyən edə bildiyini və ehtiyac halında qana insulin verdiyini ifadə ediblər.

Təxminən qəpik böyüklüyündə olan bant, ehtiyac olanda avtomatik olaraq insulin ixrac edən 100-dən çox kirpik boyda incə iynədən ibarətdir və bu iynələr qlükoza həssas mikroskopik insulin modulları ehtiva edir.

Siçanlar üzərində bantı sınayan alimlər, bu ağrısız, asan və sürətli üsul sayəsində  diabet xəstəsi heyvanların qanındakı şəkər nisbətinin 9 saata kimi sabit qaldığını müəyyən ediblər.

Araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.

Şərhlər