Soyuqdan necə qorunmaq lazımdır?

30.11.2015 12:08     Maraqlı     2868

Qarşıdan soyuq qış ayları gəlir və imuniteti zəif olanlar daha tez xəstələnirlər.

Reaksiya.az soyuqdan qorunmağın yollarını təqdim edir:

Olduğunuz iş, ya da ev şəraitini həddindən artıq isti etməyin və mütəmadi olaraq otağın havasını dəyişin. Birdən soyuq havaya çıxmaq sizi həm tez xəstələndirə bilər, həm də ürək ağrısına yol aça bilər.

İnsan bədəninə ən tez ayaqlardan soyuq olduğu üçün su keçirməyən və isti ayaqqabılara üstünlük vermək lazımdır.

Boyun və baş hissə də ayaqlar qədər əhəmiyyətlidir. Xəstə olmamaq üçün papaq və şərflərdən istifadə etmək vacibdir.

İsti çay və şorbalar kimi qidalar soyuğa qarşı qoruyucu xüsusiyyət daşıyır.

Quru meyvələr, bol tərəvəz və qış meyvələri də insanı soyuqdan qoruyaraq daha az üşüməsini təmin edir.

Həddindən artıq qalın və ya nazik giyinməməyə diqqət göstərmək lazımdır.

Şərhlər

Çox oxunanlar