Erməni yazıçı XOCALI SOYQIRIMI haqda: “Biz onun bədəlini ödəyirik...”
13.02.2016 17:38 Müsahibə 1767
Ermənistanın məşhur yazıçısı və ictimai xadimi Vaqe Avetyan Xocalı soyqırımı haqqqında obyektiv mövqe sərgiləyib. Erməni yazıçı Vesti.az saytına müsahibəsində bildirib ki, ermənilərin Xocalıda törətdiyi soyqırımı pislədiyinə görə ona təşəkkür etmək lazım deyil.
“Biz o səviyədə vəhşiləşmişik ki, artıq kimsə özünü normal aparanda buna təəccüblənirik… Ermənilərin öz səsini duyura bilməsi üçün, əvvəlcə onları son 25 ildə düşdükləri konslaqerdən azad etmək lazımdır. Ermənistanda adamı azad sözə görə şikəst edə, hətta öldürə də bilərlər”, – Avetyan deyib.
Reaksiya.info bastainfo-ya istinadən bildirir ki, Avetyan Qarabağ münaqişəsində erməni xalqının iradəsinin rol oynamadığını, millətin “rəyini” manipulyasiya etmək üçün idbar təbliğat üsullardan istifadə edildiyini deyib. O bildirib ki, keçmiş SSRİ xalqlarının heç biri ictimai rəyin kütləvi manipulyasiyası mərəzindən azad ola bilməyib.
“Bilin ki, ermənilər heç vaxt öz ölkəsinin siyasəti ilə məşgul ola bilməyiblər, yeganə istisna dövlət müstəqilliyinin elan edilməsi olub. “Qarabağ münaqişəsi” məhz bunun bədəlidir ki, onu ödəyirik”, erməni yazıçı bildirib.
Avetyan deyib ki, Qarabağ münaqişəsinin həllini Ukrayna sərhəddinə qədər uzanan Qafqaz İttifaqının yaranmasında görür.
“Sizə hər hansı təzyiq varmı” sualına cavab verən yazıçı hazırda İsveçdə yaşadığını və Ermənistan hakimiyyətinin ona təzyiq etmək imkanının olmadığını bildirib: “Burada “nə ilə dolanırsan” sualını yalnız vergi müfəttişliyi verə bilər. Hər il soruşurlar, mən də hər il anketə “Allahın köməyi ilə” sözünü yazıram. Hansısa rejim məni nə ilə hədələyə bilər? Öldürməkləmi hədələyəcəklər? Mən onsuz da bilirəm ki, gec tez öləcəyəm. Onlar özləri isə öz kölgələrindən də qorxurlar. Xalqın onları tapdalayıb döyülmüş ətə döndərəcəyindən qorxduqları üçün ətraflarına yığdıqları debil pəsəvənglər olmadan bir addım belə ata bilmirlər”.
Şərhlər