“Ermənilər eşşəkdən törəyib” - Erməni politoloq
15.02.2016 20:06 Müsahibə 1766
Uzun illər Rusiyada, son 8 ildə isə ABŞ-da yaşayan Andranik Miqranyanın Tert.am saytına müsahibə verib.
Jurnalist ona saxta erməni “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim edildiyini xatırladıb və ardınca onun aqibəti ilə maraqlanıb, eyni zamanda rusları “erməni məsələsi” ilə möhtəkirlik etməyə çalışmaqda qınayıb.
Miqranyanın verilən suala və irada reaksiyası təhqiramiz olub: “Bu başabəla yerli vətənpərvərlər və rusofobların onlardan istifadə olunduğunu iddia eləməsi gülməlidir. Yazıq heyvanat! Məgər istifadə eləməsələr, o zaman kimsə sizin problemlərinizi yada salacaqmı? Allaha şükür edin ki, türklər belə yanlışı yapıb və indi Rusiya dövləti bütün gücü ilə türkləri cəzalanadırmağa çalışır, bundan ötrü arxivdəki problemləri işıq üzünə çıxarır, çünki siz – yazıq heyvanat hətta bütün səylərinizi birləşdirib 100 il çalışsanız da buna nail ola bilməzdiniz! Rusiyaya “sağ ol” demək lazımdır ki, o, Ermənistandan deyil, erməni məsələsindən istifadə edir. Allaha şükür ki, Rusiya öz maraqlarından çıxış edərək, sizin məsələlərinizi də qaldırır, irəli aparır. Məgər Rusiya “ey türklər, siz Ermənistana qarşı cinayət eləmisiniz” deməklə ermənilər əleyhinə nəsə edir ki?”
Erməni jurnalistin növbəti dəfə “bu məsələni Rusiya yalnız özünə sərf elədiyi vaxt yada salır” iradına politoloqun cavabı belə olub: “Siyasət belədir. Ancaq əgər ruslar yada salmasa, məsələ beləcə də basdırılmış qalmayacaq ki? Eşşəklər, siz bundan istifadə edə bilərsiniz, fürsət düşüb böyük bir dövlət bundan danışmağa başlayıb!”
“Rusiyaya “sağ ol” deyin və onun dalından öpün, nəinki özünüz haqda yüksək fikirdə olaraq iddia edin ki, sizdən istifadə edirlər! Eşşəkdən törənənlər...”, - deyə Miqranyan əsəbi tərzdə vurğulayıb.
Azvision.az
Şərhlər