"Suriyada mini dünya müharibəsi baş verir" - MÜSAHİBƏ
08.07.2015 12:16 Müsahibə 3747
"Orta Şərqdə mini dünya müharibəsi yaşanır. Hamı üstünlük qurmaq istəyir. Bu torpaqları xüsusilə Suriyanı, öz faydaları üçün paylaşmaq istəyirlər".
Marmara Universitetinin müəllimi Dos. Dr. Cengiz Tomar, Orta Şərqi ən yaxşı bilən türkiyəlim elm adamlarından biridir. 20 ildir bu ərazi ilə bağlı çalışır. Uzun illər İordaniyada və Suriyada çalışıb. Buna görə də bölgədəki xalqları yaxşı tanıyır. Tomarın fikrincə, İraq və Suriyanın üç bölgəyə ayrılması artıq qaçılmazdır. Və əgər İŞİD və törəmələrin qarşısı alınmasa, İslam Dünyası Orta Çağ qaranlığına qərq olacaq.
-İŞİD, Əl Qaidədən ayrıldı və qısa müddətdə onu kölgədə qoydu. Hamını maraqlandıran bir sual var: Bunların arxasında dayanır?
-Ərəb baharı ilə diktə rejimləri yıxıldı. Səddam, Qəddafi və Əsəd getsin də, nə olursa olsun deyildi. Bunlar getdiyi zaman demokratiya gələcək - dedilər. Daha sonra nələrin ola biləcəyini hesablaya bilmədilər. Kənardan müdaxilə ilə demokratiya olmur. Orta Şərqdə ictimai quruluşu düzəltmədən demokratiyanın bu arealda bərqərar olması mümkün deyil. İŞİD Orta Şərqdəki avtoritar rejimlərin ədalətsizliyi, qeyri-sabitlik, təhlükəsizlik problemləri, kasıblıq, insane kapitalına laqeyd yanaşma və cəhalətə görə qısa müddətdə yayıldı. İraq və Suriyada əzilən sünnilərin bir hissəsi dənizə düşən saman çöpündən yapışar – deyib nisbi təhlükəsizlik təmin edən İŞİD-ə sığındı.
Bunda İŞİD - in meydana gətirdiyi qorxu və psixoloji üstünlüyün də rolu var. İŞİD - in arxasındakı kəşfiyyat qruplarının və ya dövlətlərin olması dəqiqdir. Lakin burada kimin, nə üçün olduğunu sübut olmadan demək olduqca çətindir. Sualın cavabı ancaq 20-30 il sonra ortaya çıxacaq.
İŞİD insanlara bir İslam Dövləti və xilafət vədini verir. Xüsusilə dini təhsil səviyyəsi aşağı olanları cəzb edir. "Cihad", "Hicrət", Qiyamət və "Xilafət" kimi İslami anlayışlara sözlərə vurğu edib insanlara təsir etməyə çalışırlar. Ciddi bir reklam çalışması var. Ərəb, ingilis və türk dillərindən çox yaxşı istifadə edirlər. İnternetdən inanılmaz dərəcədə istifadə edirlər. Nazirləri, konstitusiyaları, pulları var. Elektriklə balıq ovlamaq, ağac kəsmək və ətraf ilə əlaqədar postmodern qadağan tətbiq edəndən sonra qırğınlara imza atırlar. Onların anlayışına görə özlərindən olmayan hamı mürtəddir, yəni kafirdir. Buna İŞİD mənsubu olmayan sünnilər, şiələr, nusayrilər, qısaca hamı. Hal-hazırda daha çox mürtəd dedikləri insanlarla mübarizə aparırlar.
-Yaxşı bunların qarşısını almaq mümkündürmü?
-İslam dünyasında səthi çox şey haqqında danışılır. "İŞID bu torpaqları aldı, bu torpaqları itirdi" kimi. Bu cür qısamüddətli məsələlər çox da əhəmiyyətli deyil. Ən əsas problem, Yaxın Şərqdə dövlətlərin zəifləməsidir. Bu cür radikal qruplar ən böyük zərbəni yenə İslama vurur. İslamofobiyanın artmasına yol açır. Mənim belə bir nəzəriyyəm var: Mövcud münaqişələr, ictimai balanssızlıq, təhsilsizlik, cəhalət, kasıblıq, elm və texnologiyadakı geriləmə kimi əsas məsələlərə baxsaq, görərik ki, sanki XXI əsrdə orta əsrlərdə yaşayırıq. Halbuki İslam dünyası Orta əsrləri yaşamadı. İslam orta əsrlərdə ən parlaq günlərini yaşamaqda idi. İŞİD kimi qruplar İslam dünyası baxımından çox təhlükəlidir. Əsl problem getdikcə bu qrupların daha yayılması və bir sonunun gəlməməsidir. Orta Şərqdə uzun müddət yaşamışam. Suriyada iki il yaşadım. Xüsusilə bu ölkədə İŞİD - in yer almasını heç gözləmirdim. Çünki Suriya xalqı olduqca münasib olub, bu baxımdan ərəblər arasında türklərə ən çox bənzəyən xalq idi. İŞİD - in burada belə məqam tapması Türkiyədə də belə bir məqam tapacağını göstərir. Necə ki, İŞİD son zamanlarda türk dilində kitablar nəşr etməyə başlayıb. Türkcə çıxardıqları jurnallarının adı Konstantiniyyə (İstanbul). İstanbulun həqiqi mənada hələ fəth edilmediyini və bunu özlərinin edəcəyini iddia edirlər. Yekun hədəfləri İstanbuldur.
-Bəs, bu sizcə mümkündür?
-Hal - hazırda mümkün deyil. Türkiyə güclü bir dövlət olduğu üçün qarşıdurmanı gözə ala bilməzlər. Buna görə hərbi gücü zəif və qeyri-sabit ölkələri seçirlər. Önümüzdəki dövrdə nə olacağını qabaqcadan proqnozlaşdırmaq isə çətindir.
-Türkiyə bu baxımdan hansı tədbirləri görməlidir?
-Qısa müddətdə Türkiyədəki xaricilər və bunların fəaliyyəti möhkəm bir şəkildə yoxlanılmalıdır. Uzun müddətli sistemdə isə doğru dini təhsilin verilməsidir. Xaricdən, xüsusilə Afrikadan və Qafqazdan, daha çox şagird gətirib ilahiyyat fakültələrində yetişdirilməlidir və ölkələrinə göndərilməlidir. Sələfi axınlarına diqqət edilməli və Türkiyədə İlahiyyat Fakültələrindəki təhsilin keyfiyyəti artırılmalıdır.
-Sizcə Suriya və İraqı nə gözləyir?
-Daha əvvəl də qeyd etdiyim kimi Suriya və İraqda mənfəətlər müharibəsi şəklində mini bir dünya müharibəsi gedir. Hamı öz mövqeyini qorumağa çalışır. Rusiya isti dənizlərdəki müttəfiqi Suriyanı itirmək, Orta Şərqi tamamilə ABŞ idarəsinə tərk etmək istəmir. Nüsayrilər də İran və Hizbullah baxımından olduqca əhəmiyyətlidir. Suriyada hakimiyyət dəyişsə, İran-Hizbullah-Livan əlaqəsi zəifləyəcək. İsrailə təsir etmək çətinləşəcək. İran həm şərqdən, həm də qərbdən şiə əhalisi vasitəsilə Yaxın Şərqdə fəaliyyətini artırır. Suriya da hakimiyyət dəyişsə, Qərb və Aralıq dənizi qanadı zəifləyəcək. Suriya və İraqda artıq unitar dövlətlər yoxdur. İki ölkənin də üç hissəyə ayrılması qaçılmazdır. Uzun müddətli prosesdə veriləcək proqnoz ancaq budur.
Şərhlər