“Azərbaycanda elektron media hələ öz yerini tutmayıb”

25.07.2016 21:21     Müsahibə     1768

Elçin Şıxlı: “Tutanda onlara da vəsait veriləcək”

Azərbaycanda çap mediasına mütəmadi surətdə müəyyən vəsaitlər ayrılsa da, elektron medianı maliyyələşməsi məsələsi bu gün də sual altındadır.

Maraqlıdır, çap mediasına müntəzəm köməkliklər göstərildiyi halda elektron medianın “unudulması”, gözardı edilməsi nə ilə bağlıdır? Doğrudanmı çap mediasının önəmi elektron mediadan daha böyükdür? Çap və onlayn media arasında bu cür ayrı-seçkiliyin qoyulması nə dərəcədə məntiqlidir?

Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bu gün çap mediasının daha acınacaqlı durumda olduğuna diqqət çəkdi:

“Buna ayrı-seçkilik deməzdim. Məsələ ondadır ki, çap mediası ənənəvi mediadır. Bu gün ən ağır vəziyyətdə olan məhz çap mediasıdır. Ona ağır vəziyyətdə olduğu üçün kömək edirlər. Elektron mediaya gəlincə, görünür elektron media Azərbaycanda hələ öz yerini tutmayıb. Tutanda onlara da vəsait verəcəklər”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar