ABŞ niyə Ukraynanın siyasətçilərinə maaş verir? - Avrasiya məsələləri üzrə ekspert
11.07.2015 13:39 Müsahibə 3420
40 milyondan daha çox əhaliyə sahib olan Ukraynada nazir, nazir müavinləri, qubernator kimi vəzifələrə xarici bürokratlar və siyasətçiləri gətirir. Digər tərəfdən, ABŞ Odessaya vali təyin olunmuş Gürcüstanın keçmiş prezidenti Saakaşvili və onunla birlikdə işləyəcək xarici məsləhətçilərin maaşlarını dövlət tərəfindən ödəniləcəyini açıqlayıb.
Ukraynanın keçmiş xarici işlər naziri Leonid Kozhara ABŞ-lı senator Riçard J. Durbin tərəfindən 25 iyun tarixində Ukraynanın baş naziri Arseniy Yatsenyuk adına yazdığı bir məktubu sosial mediadakı hesabında nəşr edib. Bu məktubda Amerikalı siyasətçi Amerika senatorlar adına Ukrayna Nazirlər Kabinetində meydana gələn dəyişikliklərdən dolayı narazılığını dilə gətirmişdi.
Bəlkə də demokratik ölkələr Amerikanın daxili işlərinə müdaxiləsinə etiraz edəcəkdi. Ancaq Ukrayna üçün hökumətdəki heyət məsələsinə ABŞ-ın müdaxiləsi yeni bir vəziyyət olmaqdan artıq çox uzaqdır. Ayrıca, Ukraynanın kabinetində uzun zamandır ABŞ, Almaniya, Latviya, Gürcüstan, Estoniya və digər ölkələrin vətəndaşları çalışır. Hətta Ukraynada ABŞ, Latviya və Gürcüstan vətəndaşı olan nazirlər də var.
Vəziyyət elə bir nöqtəyə çatıb ki, parlamentdəki Batkovşina partiyasının lideri Yuliya Timoşenko Ukrayna siyasi və iqtisadi həyatına xarici diplomatların qarışmasını qınama ehtiyacı duyub. Timoşenkonun fikrincə xaricilər ölkənin xüsusiyyətlərini anlamır və ümumi olaraq da Ukraynanı bir olarak görməli olduğunu dərk etmir.
Əcnəbilərin niyə bu qədər asanlıqla Ukraynada siyasətə gəlmələri ilə bağlı məsələni Avrasiya məsələləri üzrə ekspert Ankara İldırım Bəyazid Universitetinin müəllimi Prof. Dr. Saleh Yılmaz ilə söhbət etdik:
-40 milyondan daha çox əhaliyə sahib olan Ukraynada nazir, nazir müavinləri, vali kimi vəzifələrə xarici bürokratlar və siyasətçiləri gətirir. Ukraynada siyasətçi yoxdur ki?
-Əslində Ukrayna bunu özü seçir: Rusiya ilə daha əvvəl problem yaşamış və ya Rusiyaya müharibə elan edən siyasətçi və bürokratları Ukraynada yığaraq bir qüvvə meydana gətirəcəyini və bu enerji ilə birlikdə xüsusilə Rusiyaya qarşı bir qüvvə əldə edəcəyini düşünür. Odessa qubernatorluğuna gətirilən Mixeil Saakaşvili bunun ən ciddi nümunəsidir. Lakin bu düşüncə əslində Ukraynaya əhəmiyyətli ölçüdə zərərlər gətirir. Çünki xalqın içərisində də reaksiyalar var. Bilirsiniz Saakaşvilinin Odessanı tərk etməsi üçün xalq nümayişlər təşkil etdi, bu mövzuda etirazlar etdi. Bu Ukraynanın dövlət ənənəsinin daha hələ oturmadığını və dövlət ənənəsinin olmadığının da bir göstəricisidir. Bu baxımdan baxdığımız zaman dünyada bu şəkildə qubernatorluq səviyyəsinə və digər siyasi səviyyələrə xarici siyasətçi gətirmə mövzusunda tək nümunə meydana gətirdiyini söyləyə bilərik. Bu normal deyil. Müasir siyasət baxımından da demokratiya və idarəetmə tərzi baxımından da normal deyil. Çünki öz vətəndaşı olmayan bir adamı bir gün içində siz vətəndaş elan edirsiniz və vali kimi vəzifəyə gətirirsiniz. Rəhbərliyin müxtəlif addımlarında bu şəxsdən məsləhətçi kimi istifadə edə bilərsiniz. Lakin birbaşa xalqla əlaqə quran və xalqa rəhbərlik edən insanları bu şəkildə ortaq etmək məncə siyasət baxımından da, demokratiya baxımından da doğru deyil. Bunu Ukrayna xalqına da hörmətsizlik kimi dəyərləndirmək olar.
-ABŞ Odessa vali kimi təyin olunmuş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və onunla birlikdə vəzifəyə gətirilən xarici məsləhətçilərin maaşlarını onlar tərəfindən veriləcəyini açıqlayıb. Bir ölkənin başqa ölkənin siyasətçilərə maaş verməsi nə dərəcədə düzdür?
-Təbii ki bu adi bir hal deyil. Onsuz da Saakaşvilinin vali kimi təyin edilməsi faktının özü də bir anormallıqdır. Bundan başqa Saakaşvili və ətrafındakı məsləhətçiləri onsuz da Saakişvilinin özü təyin edib və onları özü ilə gətirib, ABŞ tərəfindən maaş verilməsini belə qiymətləndirə bilərik. Təbii ki, ABŞ dövlət kimi yox, fondlar şəklində bunların maaşlarını ödəyir. ABŞ 'Bizim maraqlarımızı Saakaşvili orada qoruyur. Saakaşvili maddi baxımdan heç bir şəkildə Ukraynaya yük olmayacaq. Biz onun maaşını ödəyəcəyik deyərək əslində bir şəkildə Saakaşvili və digər xarici idarəçilərə qarşı reaksiyaları azaltmaq istəyir. Yəni bu maaş məsələsi maddi baxımdan çox da diqqət çəkici yox, amma bunun açıqlanmasının bir mənası var. Bu mənada Amerika deyir ki, “mənim maraqlarımı Saakaşvili qoruyur. Mən bunun arxasındayam” - demək istəyir. Bunu belə qiymətləndirməliyik.
-Bu Amerikanın birbaşa müdaxiləsi ola bilərmi?
-Onsuz da bu gün Ukraynada ordudan iqtisadiyyata kimi bütün dövlət üzərindəki yoxlama Amerika mənşəli mütəxəssislərin və Amerikanın uzaqdan istiqamətləndirməsi ilə həyata keçirilir. Amerika Şərqi Avropada topdan Rusiyaya qarşı bir cəbhə açıb və bu cəbhə sayəsində də Rusiyanı iqtisadi, siyasi və digər sahələrdə təhdid altında saxlamaq istəyir. Və bununla yanaşı digər Qərb ölkələrinin də Rusiya tərəfdarı bir rəftar sərgiləmələrinə mane olmaq niyyətindədir. Diqqət etsəniz, bu gün Donbassda bir sülh razılaşması imzalandı, amma hər gün bu razılaşmanın pozulduğunu görürük, ya da hər gün Ukrayna prezidenti Poroşenko və digər dövlət idarəçiləri tərəfindən Rusiyaya təhdidlərlə dolu bəyənatlarını eşidirik. Yəni Rusiya ilə olan bu ikili münaqişə davamlı canlı saxlanılır. Amerikanın xüsusilə bu əsr ərzində Çin və Rusiya ilə olan bir problemi var. Və bu problemdən ötəri də fərqli strategiyalar tətbiq edir. Başqa bir məsələ isə bəlkə bunu belə də qiymətləndirə bilərik. ABŞ xüsusilə Orta Şərq strategiyaları baxımından Rusiyanın öz içərisində bəzi problemlərlə uğraşmasını istəyir. Və Ukrayna bunun üçün ABŞ üçün əhəmiyyətli bir məsələdir. Əslində Ukraynadakı sülhün yaranması ABŞ üçün faydalı olan bir şey deyil. Yəni orada sülhün olmaması ABŞ-ın işinə daha çox yarayır. Bunu belə də qiymətləndirə bilərik.
Şərhlər