ƏSGƏR AİLƏLƏRİNƏ DƏSTƏK İCTİMAİ BİRLİYİ VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ.
27.07.2016 00:48 Müsahibə 1792
Əziz dostlar, vətəndaşlar və mediya nümayəndələri, bu gün Şirvan şəhərində güclü partlayış baş vermişdir. Lakin hər birimiz anlamalıyıq ki, belə informasiyaları paylaşmaq düzgün deyil.
Xüsusilə zavodun təyinatı ilə bağlı detallı açıqlama vermək zərərimizə işləyən informasiyalardır.
Hər bir vətənpərvər insan bunu dərk etməli, müharibənin qanunları ilə hərəkət etməlidir.
" Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur." belə bir informasiyanın paylaşılması sizcə düşmənə məlumat ötürmək deyildimi?
Hər kəs belə məlumatları yalnız dövlətin aidiyyatı qurumlarından öyrənməlidir.
Hər birimizin düşünülməmiş addımı düşmənin xeyrinə işləyir.
Unutmayaq, Düşmən bizi İzləyir, Dinləyir və Görür! Şirvan şəhərində baş verən faciə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verirəm! Yaralılara Allahdan şəfa diləyirəm.
ƏSGƏR AİLƏLƏRİNƏ DƏSTƏK İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏTANƏT ƏSGƏRQIZI.
Şərhlər