Krım Birliyi sədri: Türk heyətinin sənədində çatışmayan nöqtələr var
14.07.2015 15:37 Müsahibə 3430
Krım Tatar Xalq İctimai Məclisinin və Krım birliyinin sədri Seyitömər Nimətullayev Rusiya mediasına müsahibə verib. Bölgədə fərqli millətlərin nümayəndələrinin səmimi olaraq görüşdüyünü, vəziyyətin mediaya yansıdıldığı kimi olmadığını ifadə edən Nimətullayev Krımdakı mövcud problemlərin Ukrayna dönəmindən qalma olduğunu vurğulayıb.
Nimətullayev Krımı ziyarət edərək sənəd hazırlayan türk heyətinin məlumatı hazırlayarkən yalnış yolda olduğunu, raporun dəqiq olmadığını qeyd edib.
“Problemlər bütün xalqlara təsir edir”
Krım respublikası Rusiyaya bağlandıqdan sonra bölgədə hansı dəyişikliklər yaşandı? Xalqın yaşayış şərtləri hansı vəziyyətdədir?
Bir neçə dəyişim yaşandı. əvvəlcə yarımada ilə Ankara arasında dövlət sərhəddi olduğundan sosial vəziyyət və iş həyatı kimi sahələrdə problemlər ortaya çıxdı. Anladığınız kimi bu cür problemlər adi bir insanın həyatını asanlaşdırmır. Ayrıca, bu problemlər ucbatından Krıma gəlmək istəyən turistlərin sayı azalır, həm də turizm sektorunun gəlirləri azalır. Onun üçün də bu günkü çətinlikləri və problemləri həm Krım tatarları, həm ruslar, həm də ukraynalılar yaşayır.
Hamımız eyni gəmidəyik
Krım Rusiyaya birləşdikdən sonra krım tatarlarının bəzi haqqlarından istifadə edə bilmədikləri irəli edilir. Bu iddialar gerçəyi yansıtırmı?
Bu suala dəqiq cavab vermək çox çətindir. Krım tatarları dövlət dairələri də daxil olmaqla bütün sahələrdə çalışır. Toplu sahələrdə şovinist ifadələr kəsinliklə hiss edilmir. Fəqli millətlərdən insanlar öz aralarında çox səmimi görüşə bilirlər.
Mənə görə Krım tatarları ilə əlaqəli bütün qadağalar (başda 18 may mitinqi olmaq), bu problemləri həll etməyə cavabdeh olan yerli idarənin professional olmamasından qaynaqlanır. Moskvaya getdiyimiz zaman Dövlət Duması deputatları və Rusiya Prezident Aparatının nümayəndələri ilə görüşdük. Onlar bu məsələdə fəqli düşünür. Oradakılar beynəlxalq problemin mahiyyətini anlayırlar. Rusiya przidenti Vladimir Putinin bərpa (reablitasiya) qanununu imzalaması da bu gün bunu göstəricisidir.
Mövcud problemlər Ukrayna zamanından qalmadır
Ukraynaya birləşdikləri vaxt kırımlılarım qarşılaşdığı problemlər nələr idi? Bu problemlərin ortadan qaldırılması asanmı görünür?
İşin doğrusu, bugünkü problemlərin çoxdu o vaxtdan qalmadır. Krım tatarları aktiv olaraq vətənlərinə qayıtmağa başladıqlarında, demək olar ki, heç bir şeyə sahib deyildilər, qalmağa yerləri belə yox idi. Insanlara kömək etmək məqsədiylə qurulmuş məclis millətin güvənindən pis şeylərə istifadə etməyə başlamışdı. Bölgədəki ərazilərlə bağlı fırıldaqçılıq halları baş vermişdi və bu hal da Krım tatarlarını və digər millətləri də narahat edirdi. Krım tatarlarının problemləri həll olmurdu. Digər millətdən olanlar da bu məsələdən ötrü Krım tatarlarına güvənə bilmirdilər. Beləcə güvənsizliyin toxumları əkilmiş oldu.
Dil probleminə gələk. Məclis lazımi imkanlara sahib olmasına rəğmən 23 ilin içində bu problemi həll etməlidir. Mən Hersona bağlı Geniçesk ərazisinin sədrliyini edərkən Krım-Tatar dilində ortaq dil olaraq qəbul etdirdim. Krımda isə bunu belə etmədirlər. Onun üçün Kievdəkilər bəzi hüquqlara sahib olmadıqları üçün bağırarkən 23 il içində nə etdiklərini xatırlasınlar.
“Sovetlər birliyində dil öyrənmək zorla qəbul etdirilmirdi”
Bəs bu problemlər həll edilə bilərmi?
Təbii ki, həll edilər! Yol ancaq gedərək qət edilir. Bu problemlərlə maraqlanmaq lazımdır. Kimə torpaq verildi, kimə verilmədi müəyyən ediləbilər. Ona görə plan cızarkən problemlər həll edilə bilər. Dil probleminə gəldikdə, Krım prezidenti Sergey Aksenov keçən günlərdə “Bizim Krım-Tatar dilini məktəblərdə zorla öyrətmək istəmirik” dedi. Sovet birliyində hər ölkədə uşaqlar məktəblərdə ana dillərini öyrənirdi və kimsə buna məcbur edilmirdi. Buna görə 1sentyabr 2015-dən etibarən Krım respublikasının bütün məktəblərində Krım-Tatar dili dərslərini mütəq qoymalıyıq.
Qaldı ki, “Krım respublikasındakı rəsmi dövlət dilləri və digər dillər haqqında” başşlıqlı qanun qəbul edildi və burada hər şey açıq şəkildə anladılır. Bu tətbiq vətənsevərlik, xoşgörü, müxtəlif etnik mədəniyyətlərin arasındakı anlayış yüksək səviyyələrə çıxacaq. Ayrıca mədəniyyətlərarası dialoqu genişləndirəcək və krım cəmiyyətində mübahisəni azaldacaq. Təəssüf ki, hazırda bundan bəhs edəmmirik.
Hər seydən əvvəl türk dillərindən birini bilmək nə qədər gözəl olardı. Bir çox ölkələrdə insanlarla ünsiyyət qurabiləcksiniz. Daha çox Türkiyə bizə yaxın, və tez ya da gec işadamları arasında əlaqələr yaranacaqdır. Bu vəziyyətdə dil bilmək yaxşı dəstək olacaq. əminəm ki, çox rus və ukraynalı bu kurslara məmnuniyyətlə qatılar.
“Biz qonşuyuq və qonşular arasında sadəcə yaxşı münasibətlər olmalıdır”
Krım və Türkiyə arasında münasibətləri necə dəyərləndirirsiz?
Krım Rusiyaya bağlı bir ölkədir. Dolayısıyla biz Rusiya və türkiyə arasındakı əlaqələrə Rusiyan bucağından baxırıq. Bu günlərdə əlaqələr dinamik şəkildə genişlənir. Prezident Vladimir Putin və Cumhurbaşkanı Recep Tayip Ərdoğan ölkələr arasındakı əlaqələri ağıllı şəkildə yürüdürlər. Biz qonuyuq və qonşular arasında sadəcə yaxşı əlaqələr olmalıdır. Bunu anlamayan dövlət adamı öz haqqlarını fəlakətə sürükləyir. Mənə görə sadəcə Krım tatar problemi ölkələrimiz arsında məsələləri kölgədə qoya bilər. Bunun olmaması üçün bütün cəhdlərimizi göstərəcəyik.
“Türk heyətinin sənədi əskik”
Krımı ziyarət edən qeyri rəsmi türk heyəti bölgədəki vəziyyətlə əlaqədar bir sənəd hazırladı. Sənədi necə dəyərləndirirsiz?
Sənədin tam olmadığını deyə bilərəm. Həmin heyət bizimlə görüşmədi. Görüşsəydi sənədin nəticələri fəqrli olardı. Hazırlanan sənmədin səhv olduğunu söyləmək istəmirəm, ancaq sənədi hazırlamaq üçün müraciət etdikləri metod çox yalnış idi. Kırım tatarlarının haqlarını mənimsəyən dövlət sistemi deyil. Raporda çox ciddi xətalar var. Türk heyəti doğruları anlamadan yanlış nəticələrdə oldu. Bu yalnış nəticələr Türkiyə və Rusiya arasında yalnış anlaşmalara səbəb olur. Bu üzdən həmin səhvləri tez zamanda düzətməliyik.
“Sağ sektor məni qara siyahıya aldı”
Türkiyə hökuməti başkanı olduğunuz Krım birliyinə xüsusi önəm göstərir. Ankaranın quruluşunuza xüsusi önəm göstərməsinin altında hansı səbəblər dayanır?
Bu suala cavab vermək çətindir. Bu sualı Türkiyə hökumətinə vermək lazımdır. Məncə onlar Krım Birliyi başlığı altında birləşmiş insanların təmiz düşüncələrə sahib olduğunu və ana məqsədimizin xalqın mənafeyini qorumaq olduğunu görür. Ukraynada bu faciə meydana gələdiyində mən Krıma ailəmin yanına qayıtdım. Sahib olduğum təcrübənin xalqa faydalı ola biləcyini düşünürəm. Bəlkə bilirsiniz, mən orada çox varlı biriydim və hər şeyimi itirdim. Siyasi mövqeyimə görə barəmdə 3 cinayət işi açıldı. Ukraynadakı sağ sektor dəstəsinin “Ukrayna düşməni” adlarını açıqladığı “MİROTVORETSl” internet səhifəsində mənim də adım gedir. Mən hər şeyi anlayıram və qərarımı düşünərək vermişəm. Vətən sevgisini ata və anmdan öyrəndim. Başqa cür də edəmməzdim. Bəzən qulağma “Siyitömər Nimetullayev bulanıq suda balığ tutmağa çalışır, özünə sərvət qurmaq istəyir” kimi sözlər çatır. Bunlar təmamilə yalan! Mənim maliyyə itkilərimi bərpa etmək üçün həyatım çatmaz! Burada başqa səbəblər var və mən onları söyləmədim.
“12 min qeydiyyatlı üzvümüz var”
Bizi fərqli edən nöqtə xalqa dəstək olmamızdır. 12 min qediyyatlı üzvümüz var. İnsanlar bizim ana dəyərimizi təşkil edir. Hansı fəaliyyətlərimiz olur? İdman, mədəniyyət və din sahələrində tədbirlər həyata keçiririk. Təbii ki, dövlət dəstəyi alsaydıq daha çox tədbirlər həyata keçirərdik.
“Türkiyədəki sivil cəmiyyət quruluşları Krım Birliyini tez-tez ziyarət edir. Bu ziyarətlər hansı məqsədlə edilir? Görüşlərdə nə kimi nəticələr əldə edilir?
Türkiyə üçün Krım tatarlarının vəziyyəti çox önəmlidir. Sıx ziyarətlərin səbəbi burada nələr baş verdiyini anlamaqdır. Dünya mətbuatı Krım tatarlarının pozulmasını edildiyini önə sürən məlumatlar yayır. Bu da Türkiyənin narahatlığına səbəb olur. Bizim məqsədimiz həqiqətən də vəziyyətin fərqli olduğunu göstərməyə yönəlib. Ciddi problemlər var və onları bu gün həll etmək gərəkir. Ancaq bu problemin Cemilev və Çubarovun söylədikləri ilə əlaqəsi yoxdur.
Krım Rusiya ilə Türkiyə arasında körpü olmalıdır
Krım Birliyi Krım və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsiüçün nə kimi fəaliyyətlər həyata keçirir?
Hələ ki, Türkiyədə qurum və quruluşlarla yeni əlaqələr yaradırıq. Gələcəyə hazırlıq görürük. Biz 30 noyabr 2014-də Krım Tatar Xalq İctimai Məclisində Krımın Rusiya və Türkiyə arasında dostluq körpüsü olmasını təklif etdik. Qurulacaq dostluq körpüsü üçün var gücümüzlə çalışırıq.
Şərhlər