Misirli müxalif: “Sisi intihara doğru gedir”

16.07.2015 11:40     Müsahibə     3310

Misirin liberal müxaliflərindən Eymən Nur 3iyul çevrilişindən bəri sürgündə yaşadığı Livandan suiqəsd qorxusuyla ayrıldı və Türkiyəyə gəldi. Misirdə liberalların da təziq altında olduğunu iddia edən Nura görə Sisi öz sonunu özü hazırlayır. Misirin keçmiş liberallarından Cabah Partiyası və daha sonra Dünyanın Sabahı partiyasının qurucusu olan Eüymən Nur müvəqqəti olaraq Türkiyəyə iqamət qurmaq üçün yerləşdi. Çevrilişdən bu yana fəaliyyətini davam etdirdiyi Livandan ayrılmağa məcbur qaldığını söyləyən Nur bəlli hüquqi mərhələlər başa çatana qədər Türkiyədə qalmacağını bildirir. Misirdə çevrilişin var gücüylə intihara sürüklədiyini deyən Eymən Nur Sisini məsuliyyətsiz həmlələriylə əvvəlcə özünü sonra da bütün ölkəni atəşə verdiyini iddi edir. Eymən Nur mənsub olduğu liberal axışın ən az müsəlman qardaşlar qədər zərbə rejiminin zülmünə məruz qaldığını söylədi. Sisi çevrilişdən sonra qanuniliyini bu yolla alacağı dəstəklə əldə edəcəyini düşünürdü, planlar istədiyi kimi getməyincə bütün hirsini liberallara yağdırdı. Nur bölgənin fəallarına, xüsusilə də Səudiyyə Ərəbistana səslənərək Msisir üçün bir çıxış yolunun ələ alınmasına çağırdı.

 

-Livandan niyə ayrıldınız? Livan rəsmilərinin suiqəsd hazırlayacağı barədə sizi məlimatlandırdığı yönündə xəbərlər var, bu nə qədər doğrudur? Kim sizə suiqəsd hazırlaamış ola bilər?

-Misirdə iki il əvvəl həyata keçirilən hərbi çevrilişdən bu yana Livanda məskunlaşmışdım. Bunun səbəbi də zərbədən qısa zaman sonra misirli yuxarı mövqe sahiblərindən birinin mənə zəng edərək çevrilişə dəstək veməyimi istəməsiydi. Bu zaman Misirdə 30 il çalışdığım müddətdəki kimi düşüncələrimi artıq müstəqil şəkildə qoruya bilməyəcəyimi anladım. Çünki Sisi görüş sözünün mənsaını belə bilmirdi. İnsanları iki qurupa ayırırdı, ya sözün bütn mənasında dəstəkləyici, ya da düşmən. Mən isə sabiq prezident Ənvər Sədat zamanından bəri müxalif idim, Hüsnü Mübarək zamanında da. Hər iki prezidentin vaxtında həbsə atılmışdım. 2005-ci ildə Misirdəki prezident seçkilərində hüsnü Mübarəklə yarışmışdım. Bir mühalifətçi olaraq özümlə barışmışdım. Ancaq problem Sisidədir, o fərqli düşüncə ya da müxalifətçi mənalarını bilməyən biridir. Livanda təxmini iki il qaldım. Bu zaman ərzində son bir neçə aya qədər heç bir problemlə rastlaşmadım. Sisi mənim pasportumu dəyişməyi qəbul etməyənə qədər. Həm mənə yeni paspotr verməyi qəbul etmədi, həm də Livan rəsmilərinə təziq göstərməyə başladı. Doqquz gün əvvəl Livan Dağ Bölgəsi Təhlükəsizlik komandiri Josef Gantus mənimlə görüşmək istəmişdi və iftar vaxtı baş tutan görüşdə əllərində mənə suiqəsd hazırlandığı barədə dəqiq məlumatların olduğunu bildirdi. Təhlükəsizlik rəsmisindən bu palnların arxasında duran tərəf barədə aşıqlama istədiyimdə bir yüksək rütbəli komandirlər əlaqə saxlayaraq mənə iki kəlməlik cavab verdi: “özün bilirsən”. Mən liberal müxalifətçiyəm və hər zaman şiddətə qarşı öz mövqeyimi orataya qoymuş, siyasi çozümlərə tərəf olduğumu ifadə etmiş biriyəm. Üstəlik də ən sağçıdan ən solçu fəala qədər əlaqələri olmuş yeganə insanam. Sisini dəstəkləyənlərlə belə mütəmadi əlaqədəyəm.

-Livan rəsmiləri ölkədən ayrılmağınızımı tələb etdi?

-Livan rəsmiləri heç bir şəkildə ölkədən ayrılmağımı istəmədi. Lakin çox sıx təhlükəsizlik tədbirlərini qəbul etməyim gərəkdiyini, məsələn avtomobilimin gülləkeçirməz olması, mütəmadi gülləkeçirməz gödəkcədə gəzməyim kimi özümə də ağır gələn proseduralar və prezidentliyə namizəd ikən belə yüz minlərlə insanın iştirak etdiyi mitinqlərdə etmədiyim qabaqlayıcı tədbirləri mənə tətbiq etməyə çalışdılar. Bu tələbləri yerinə yetirməyəcəyimi bildirdim və Livandan ayrılmağım üçün 72 ssatlıq bir zaman verilməsini istədim. Elə də oldu. İlk qərarım Misirə qayıtmaq idi. Haqqımda Misirdə polisə şikayət belə yox idi. Dolayısıyla Misirə qayıtmağıma mane olan heç bir səbəb yox idi. Pasport problemim istisna olmaqla. Sisinin tərəfdaşları olan bəzi bağlantılarımla əlaqəyə girdim və Misirə qayıtmaq istədiyimi bildirdim. Hər biri bu qərarımdan məmnun olduqlarını söylədilər və mənə bu məsələdə güzəşt edəcəklərini bildirdilər. Ancaq sonradan hamısı bir cavab verdi ki, indi uyğun zaman deyil. O vaxt anladım ki, qayıtmağıma icazə yoxdur və ilk olaraq Avropaya getməyi düşündüm. Sonra da mərhələlərin çətin olduğuna görə müvəqqəti İstanbula gəlməyə qərar verdim. Hələlik pasportumla bağlı problemi həll etməyə çalışıram. Misirin Xarici İşlər naziri və ya iki ay əvvəl müraciət etdiyim İstanbuldakı Misir səfirliyini məhkəməyə vermişəm. Məhkəmələrin qərarı 23 iyulda açıqlanacaq. Bu tarixə qədər pasportumu burada gözləyəcəm. Aldıqdan sonra burada qalmaq və ya Avropaya getmək seçimində son qərarımı verəcəyəm. Türkiyəyə gəlmək üçün rəsmi dəvət aldınızmı? Türkiyə mənə xüsusi dəvət göndərmədi. Doğrusu, türkiyə rəsmiləri ilə heç bir əlaqələrim olmayıb, onlar da mənimlə əlaqəyə girməyiblər. Türkiyədə çevrilişə qarşı Misir müxalifçilərinin geniş ərazisi var. Ehtiyac duyduğumda Misirən gələnlərlə Avropada görüşərəm. Bu bir ethimaldır.

-Türkiyədə qalmağı düşünürsünmüzmü?

-Son qərarımı pasportumu aldıqdan sonra verəcəm. Hələ ki, ölkəmə geri dönənə qədər bir müddət burada qalmağı düşünürəm. Avropaya getməyim gərəkə bilər çünki mənim vəzifəm bütün misirlilər arasında bir əlaqə qurmaq və Misirdə demokratiyaya yenidən qovuşmaq.

-Müxalifətçi islam siyasətçilərin, İhvanın Misirdə yaşadıqları çətinliklər bəllidir. Liberal müxalifətçilərin Misirdəki durumu necədir?

- Misirdə kriz heç də “İslami siyasət axışı” ilə liberallar arasında deyil. Bu səhv bir fikirdir. Bəzi islamçılar Sələfi Nur partiyası kimi Misirdə Sisiyə dəstək verməkdə davam edir. Məzi liberallar isə, mənim partiyam kimi Sisiyə və çevrilişə qarşı mücadilələrini davam etdirirlər. Despot tərəf için islamçı və ya solçu olmağın heç bir fərqi yoxdur. Sən onun yanında deyilsənsə demək qarşısındasan. Rejim hazırda çökməkdədir. Beynəlxalq ittifaqlar dağılır. Öz dəstəkçilərini belə itirir. Hazırda həpsdə olan bir çox müxalifətçi 30 iyun hadisələrini dəstəkləmişdi. Ancaq bu onaları qurtarmadı. Biz liberallar Sisinin zülmünə müsəlman qardaşlarımız qədər məruz qalırıq. Çünki Sisi qanuniliyini qazanmaq üçün bizimlə ittifaq qurmağa bel bağlamışdı. Bu da baş verməyincə bizimlə düşmənliyə başladı.

-Misir daxilində və xaricdə müxalifətçilər hansı çətinliklərlə qarşılaşırlar?

- Sizə bir şey deyim, Misirdə artıq siyasət aparmaq deyilən bir şey qalmadı. Sisi siyasəti öldürdü. Ölkənin qaynaqlarına əl qoydu. Misiri öz düşüncələriylə idarə etməkdə israrlı olan Sisinin heç bir fəaliyyəti olmadığından Misir hazırda siyasi boşluq içində. Misirdə bütün səslər susdurlur. On beş yaşımdan bilinən bir fəaliyyətim olub. Ənvər Sadat zamanında məktəbli yaşında ikən məktəbli birliyinin sədri olmuşam və həbsə atılmışam. Faşist rejimində belə susmamışam və beş dəfə həbsdə olmuşam. Prezidentliyə namizəd, daha sonra prezident köməkçisi ikən belə həbs edilmişəm. Bu gün mən 50 yaşındayam və mənim dəmir barmaqlıqlar arasında olmağım fəaliyyətimə mənfi təsir etməyəcək. Ölkəxaricindən fəaliyyət göstərmək hər kəs tərəfindən qəbul ediləcək bir iş deyil və hakimiyyət mətbuatının bundan istifadə edib yalan məlumatlar yaymasını asanlaşdırır. Mən 30 illik bir təcrübəmə görə bu probelmləri dəf etməyi bacarırar. Ölkəxaricində fəaliyyət göstərmək həbsxanada olmaqdan daha yaxşıdır.

-3 iyul hadisələrindən iki il keçdi. Misirin hazırkı vəziyyətini necə dəyərləndirirsiz?

-Çevriliş iki illik fasilədən sonra sürətlə intihara doğru irəliləyir. Çünki edə biləcək bütün ağılsızlıqlar edilir. Iki il sonra çevriliş artıq çevrilişin ən böyük rəqibi oldu və çevriliş lideri çevrilişə ən ağır zərbəni vuran insan oldu. Sisi əvvəlcə özünü yandırdı sonra da ölkəni. Mən şəxsən sülhdən başqa bir çarə olmadığına inanıram. Eyni zamanda paralel olaraq siyasi çarənin lazım olduğunu düşünürəm. Bu ikilinin alternativi yoxdur. Bir fikir bilirmək istəyirəm, ordu demək Sisi demək deyil, mühakimə orqanı da ədalət naziri olan Əhməd Zinddən ibarət deyil. Əl Əzhır demək Əzhərin müəllimi demək deyil, Kilise demək də kilisənin papazı olmaq demək deyil. Bu qurumlar bir nəfərdən ibarət olmaqdan əvvəl daha dərin və önəmlidir. Biz orduyla və ya günahlandırmaqla üzləşməyə qarşı deyilik. Ancaq bunun həyata keçirilməsi üçün bizim səhnədən endirilməyimiz gərəkir.

-Mursi haqqında verilən edam cəzasının həyata keçiriləcəyini düşünürsünüzmü? Həyata keçiriləcəyi təqdirdə necə təsir göstərə bilər?

-Mursini edam etmək asan bir məsələ deyil. Sisi bunun fərqindədir. O misirlilərə təziq göstərə bilər ancaq bütün dunyanı siyasi səbəblərə görə bir prezidenti edam etmək məsələsində inandıra bilməz. Çevriliş zamanı onunla həmfikir olan ölkələri belə. O indi edamları həyata keçirəmək üçün uyğun bir ortam hazırlayır. Ancaq Sisinin cəsarətinə güvəmirəm vəbelə bir addım atacağını düşünmürəm. Burada mən xəbərdarlıq etmək istəyirə. Belə bir adam Misiri yandıra bilər. Siyasi hesablaşmaların cəza üzərindən bağlanması böyük bir səhvdir.

-Siz həm vəkil, həm də deputatsız. Sisinin təsdiqə hazırladığı yeni terror qanununu necə dəyərləndirirsiz. Edam cəzalarının tətbiqinin hazırlandırılacağı və jurnalistlərə qarşı ciddi məhdudiyyətlər olunacağı deyilir. Bunlar döğrudursa hansı anlama gəlir? Sisinin Hişam Barakata qarşı hücumundan bir gün sonra çıxıb Misir tarixində ən təhlükəli qanunlardan birini açıqlamışdı. Mən bu qanunlardan utanıram. Bu qanunlar aylar serən proseduraların nətiucəsidir, bir genlek iş deyil. Bir sözlə, bu qanunlar Hişam Barakat suiqəsdindən daha əvvəl hazırlanmışdı. Ancaq bu qanunların hazırlanaraq uyğun zamanı gözləyirlərmiş, yoxsa qanunları açıqlamaq üçün uyğun hadisəmi törətdilər deməkdə çətinlik çəkirəm. Bu qanunlar azadlıq və ədalətin ətini yeməyə səbrsizlənənlərin oyunlarıdır. Ancaq arzularına çatammayacaqlar, əksinə, xalqın daha çox azadlıq və ədalət istəməsin səbəb olacaqlar.

-Misirdə hansı səbəbdən hələ də parlament seçkisi keçirilmədi? Seçim qanununa edilən dəyişikliklərdə məqsəd nədir?

-Sisi seçim sözünun mənasını belə bilmir. Dünyada bənzəri qalmayan despotların bəlkə də son nümayəndəsidir. Biz çox qarışıq gir halla qaşı qarşıyayıq. Parlamentin onun səlahiyyətlərini əlindən alacağını düşünürsüz? O qanunları dəyişərək özünə yeni səlahiyyətlər axtarışında. Aylardır gözlənildiyinə baxmayaraq seçim qanunu hələ də hazır deyil. Ancaq istədiklərini bir gündə qanun paketi halına sala bilirlər. Sisinin bu seçimi keçirmək kimi niyyəti yoxdur. Çox məcbur qalsa parlament seçkisi keçirə bilər ancaq bu Misirin tarixində ən pis parlament seçkiləri olacaq. Ərəb baharının qarşısını alan 2010-cu il seçkiləri kimi. Indiyə qədər misirin bu qədər parlamentsiz qaldığını görmədim. Misirdə bir çox parlamentlər göstəriş üçün idi düzdür, amma ən azından parlament var idi. Misir iki ildir parlamnetsizdir.

Tərcümə: Rumiyyə Miraslan

Şərhlər

Çox oxunanlar