QHT sədri: “Bu hadisə digər zorakılıq törədənlər üçün bir siqnal olacaq”...
28.07.2015 20:01 Müsahibə 3968
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi ilə Reaksiya.az saytının növbəti müştərək işi də uğurla nəticələndi.
Belə ki, bir müddət əvvəl hər iki qurumun nümayəndələri Zabrat qəsəbəsində zorakılığa məruz qalmış bir xanımın harayına səs verdilər. Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurova həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən işgəncə gördüyünü bilidirirdi və ona kömək etmələrini xahiş edirdi. Reaksiya.az əməkdaşları və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ərazi polis bölməsinin əməkdaşları ilə birlikdə həmin ünvana gedərək xanımın köməyinə çatdılar. Gördükləri mənzərədən, eşitdikləri faktlardan çox pis təsirlənərək qısa zamanda lazımi tədbirlər həyata keçiriməyə başladılar. Artıq dünən aidiyyati orqanlar tərəfindən bu hadisəylə bağlı rəsmi məlumatlar yayıldı.
Bakı şəhər Baş Polis idarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda qadının həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalması olayı ilə bağlı məlumat yaydı. Prokurorluqdan aldığımız informasiyada bildirilirdi ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.
“REQ” – in sədri, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın bu poblemin həllində əvəzsiz xidməti oldu. Elə bu səbəbdən də hadisə ilə bağlı Mehriban xanımın fikirlərini öyrəndik:
-Mehriban xanım, böyük bir uğura imza atdınız. Baş verən hadisənin təfərrüatları ilə bağlı oxucularımıza məlumat verməyinizi sizdən xahiş edirik.
-Bu hadisə ölkədə məişət zorakılığının qarşısının alınmasına dair qanunun icrasının ən yaxşı göstəricisi oldu. Bu ilk hadisə idi. İki məsələ: hadisəyə ictimai dəstək və cəmiyyətdə ictimai qınağın mövcud olması və qadının baş verən cinayətlə bağlı mübarizəsi imkan verdi ki, cinayətkar cəzalansın.
Etiraf etmək lazımdır ki, indiyə kimi bir çox hallarda qadınlar hansısa məqamda cinayətkarın cəzalanmasında kifayət qədər israrlı olmurdu. Bu hadisədə fərqlilik o idi ki, hüquq mühafizə orqanlarının, psixoloqun, sosial işçinin və hüquqşunasın birgə iş tandemi ortaya qoyuldu. Ola bilərdi ki, kifayət qədər psixoloji dəstək almayan zərərçəkmiş son anda fikrində vaz keçə bilərdi. İctimai nəzarət mexanizminin işləməsi zərərçəkmişin güclənməsinə xüsusi təkan verdi.
Bu hadisənin aşkarlanması və ictimailşəməsində “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin və Reaksiya.az analitik informasiya portalının əməkdaşlarının hadisənin ilk başlanğıcından prosesə qoşulması xüsusi rol oynadı. Məhz media və QHT-nin birgə əməkdaşlığı hadisənin ictimaiyyətə dürüst və qərərzsiz çatdırılmasına xidmət etdi. Sonradan digər media nümayəndəlrinin, o cümlədən QHT-lərin prosesə qoşulması məsələyə müsbət təsir göstərdi.
Uşaq QHT təşkilatının nümayəndəsi Saleh Nasirovun sosial şəbəkədə problemi aktullaşdırması daha yeni fatların aşkarlanmasına xidmət etdi. Baş vermiş zorakılıq faktı kifayət qədər ciddi olmasıyla özündə işgəncə elementlərini birləşdirirdi. Bunu bilmək üçün kifayət qədər mövzuda həm nəzəri, həm də praktikik biliklərə malik olmaq lazım idi. Cünki bunları bilmədən baş vermiş hadisənin zorakılıq hadisəsi olub olmamasını qiymətləndirmək mümükün deyildi. Bu arada, Sabuncu rayon 15 ci polis idarəsinin rəisinə minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən peşəkar səviyyədə problemin aşkarlanması və cinayətin cəzalanması üçün əlindən gələn yardımı göstərdi.
Məişət zorakılığı latent cinayətlər silsiləsinə aiddir. Heç kim hec vaxt dörd divar arasında nəyin baş verdiyini bilmək iqtidarında deyil. Lakin elə meyarlar var ki, bu meyarları bilməklə hadisənin məhz zorakılıq qrupuna aid olmasını müəyyənləşdirmmək mümkündür.
Biz ilk dəfə məhz ailədə latent gedən cinayətin üstünü açmaqla yanaşı onun cəzalanmasına nail olduq. Təcavüzkar əmin idi ki, cəzasız qalacaq. Çünki əksər hallarda belə cinayətlər cəzasız qalırdı. Qapalı və gizli olaraq qaldığından cəza tətbiqi mümkün olmurdu. Bu hadisə digər zorakılıq törədənlər üçün bir siqnal olacaq, eləcə də zərərçəkmiş qadınlar artıq susmayacaq. Əslində bizim yardım göstərdiyimiz zərərcəkmiş də bu qələbəyə əmin deyildi. Ancaq dünən o heç bir cinayətin cəzasız qalmadığının və qanunun aliliyinin qələbəsinin şahidi oldu.
-Mehriban xanım, qadınların hüquqlarını müdafiə edən bir xanım kimi qadınların hüquqlarının gələcəkdə daha ali tribunalardan səsləndirməyi düşünürsünüzmü?
-Bəli, düşünürəm ki, qadınların hüquqlarını daha yüksək şəkildə müdafiə etmək üçün əlimdən gələni etməkdə israrlı olmaq lazımdır. Bilirsiniz ki, qarşıdan Parlament seçkiləri gəlir. Mən də qadınların hüquqların müdafiə edən bir ana, bir qadın kimi onların Parlamentimizdə görən gözü, eşidən qulağı, danışan dili olmaq üçün əlimdən gələni edəcəyəm. Artıq bu yöndə ilkin fəaliyyətə də başlamışam.
Şərhlər