Ermənistandakı hərbi xunta hakimiyyətdə qaldıqca - savaş perispektivi öndə durur.
02.02.2018 14:35 Müsahibə 2366
Bildiyimiz kimi dünən YAP ölkədə keçiriləcək prezident seçkilərində namizədini açıqladı. Bu namizədin hazırkı prezident İlham Əliyev olacağını bildirildi.
Azərbaycanda və Ermənistanda keçiriləcək seçkiler barədə Reaksiya.az-a münasibət bildirən millət vəkili Sahib Əliyev qeyd etdi ki, əgər söhbət hər iki ölkədə keçiriləcək seçkilərdən gedirsə qeyd edə bilərəm ki, hər iki seçkinin nəticəsi öncədən bəllidir. Lakin hər iki seçkidəki oxşarlıq bununla da bitir. Bənzərlik əslində paradoksal olsa da fərqli reallıqlara dayanan bənzərlikdir. Azərbaycanda keçiriləcək seçkilər real, Ermənistanda keçiriləcək seçki isə bir şoudan ibarətdir və olduqca ucuz, primitiv bir şoudur. Nəticəsi də vurğuladığım kimi öncədən bəllidir. Bu Ermənistandakı hakim hərbi xuntanın hakimiyyətinin konfiqurasiya yaratmaqla başqa ad altında təqdim etməkdir. Bu seçkidə də məqsəd budur. Azərbaycanda isə qeyd etdiyim kimi nəticə öncədən proqnozlaşdırılsa da seçki real şərtlər altında keçiriləcək seçki olacaq. Nəticə isə ona görə proqnozlaşdırılır ki, Azərbaycanın hazırki prezidenti İlham Əliyev bu ölkədə , ümumilikdə liderlərin reytinqinə nəzər salsaq görərik ki, possovet məkanında da da ən yüksək reytinqi olan liderdir. YAP yenidən İlham Əliyevin namizədliyini irəli sürürsə bu sadəcə onların seçimi deyil. Bu dünyadakı prosseslərdən yaxşı xəbərdar olan və bu xausun içində Azərbaycanın əmin-amanlıq adasına çevrildiyinin hansı zəhmət , müdriklik sayəsində ərsəyə gəldiyini bilən və qürur duyan hər bir adamın seçimidir. O baxımdan Azərbaycanda keçirilən seçki, real seçki olacaq və nəticəsi də öncədən bəllidir ki, cənab prezident olan yerdə ikinci bir namizədin səs qazanacağı mümkünsüz görünür.
- Hər iki dövlətdə keçiriləcək seçkidən Qarabağ savaşının həllində hansısa bir dəyişiklik olacağını gözləmək olarmı?
Ermənistandakı hərbi xunta hakimiyyətdə qaldıqca və keçiriləcək seçki də onu göstərir ki qalacaqlar, savaş perispektivi gündəmdə qalır. Yeganə ümid burada hərbi xuntanın iplərini əlində saxlayan qüvvələrin təzyiq etmələrinə qalır ki, o zaman savaşdan qaçmaq və bu məsələni dinc yolla həll etmək olar. Əgər təzyiq olmazsa bu məsələdə savaş perispektivi öndə durur.
Yeri gəlmişkən bu reallıq məsələsində bir şeyi də diqqətinizə çatdırım ki, 2016-cı il aprel döyüşləri Azərbaycan Ermənistanı bir ölkə kimi, İlham Əliyev və Serk Sərkisyanın isə ali baş komandan, bir sərkərdə kimi nəyə qadir olduğunu ortaya qoydu. Burada da bir daha bəlli oldu ki, söhbət bir tərəfdə əsl liderdən sərkərdədən gedirsə, Ermənistan tərəfində hansısa geosiyasi oyuncu sayəsində bir ordu, lider görkəmi yaradan rolu oynayanlardır. Dövlət, ordu, lider sözü arxasında duran standartlara Ermənistandakı nə hakimiyyət nə ordu, nə də ki, lider cavab verir.
Reaksiya.az
Şərhlər