Ekspert: “Əlaqələr bu baxımdan dəyərləndirilməlidir”
13.08.2015 13:02 Müsahibə 3410
“Yeni Akit” qəzetinin parlament şöbəsinin direktoru, yazıçı – jurnalist Muhammed Kutlu Türk dünyası ilə Reaksiya.az – ın suallarını cavablandırıb
-Məhəmməd bəy,Türkmənistan prezidenti Berdimuhammetov Türkiyəni ziyarət edib. Digər tərəfdən Qırğızıstanla Qazaxıstan arasında sərhədlər ləğv olunub. Türkiyə - Azərbaycan əlaqələri də ən üst səviyyədə. Bütün bunları nəzərə alaraq Türk dünyasının gələcəyi haqqında nə deyə bilərsiniz?
-Türk dövlətlərinin son illərdə inkişaf edən əlaqələri əvvəlcə Türk xalqı tərəfindən məmnuniyyətlə qarşılanmaqdadır. Əzəldən qardaş olan Türk dövlətlərinin yaxşı əlaqələr içində olması qədər təbii bir şey ola bilməz. Əlaqələr bu baxımdan dəyərləndirməlidir. Mən inanıram ki, qardaşlığımız daha da artaraq inkişaf edəcək.
Türk dövlətləri arasında inkişaf edən əlaqələr olduqca qürurvericidir, amma biz bilməliyik ki, hələ yolun başındayıq.
Gün gəlib Türk dövlətləri arasındakı bütün sərhədlər qalxıb, ticarət ortaqlıqlar inkişaf etdiriləndə, gömrük vergiləri bir kənara qoyulub, ortaq əlifbaya keçəndə əslində bütün bunların normal olduğunu deyəcəyik.
Bunun üçün önümüzdə çətin bir yol var, dərdli və kədərli günlərdə bir yerdə olan, bir dili danışan bir yazısı olan Türklərin yaşadığı dövlətlərdən ibarət olan bir birliyin qurulması heç də uzaq bir ehtimal deyil.
Sadəcə buna niyyət edib, bu yolda doğru addımları atmalıyıq.
-Sizcə bölgədə əhəmiyyətli fəaliyyəti olan Rusiya ilə Türk dünyası hansı bir cizgi üzərində addımlamalıyıq?
-Təbii Türk dövlətləri deyiləndə, əhəmiyyətli bir hissəsi Sovet Rusiyası dövründə birlikdə olduğu Rusiyanı kənarda qoymaq mümkün deyil. Əsasən doğru da deyil. Çünki Asiya coğrafiyasında iki böyük xalq varsa, onlar Türklər və ruslardır.
Türklər, öz aralarında qardaşlıq addımlarını atarkən, rusları kənarlaşdırmadan, onların da yaxşı bir qonşu kimi qiymətləndirildiyi bir atmosfer yaratmalıdır.
Rusları həm yaxşı bir qonşu, həm də əhəmiyyətli bir strateji ortaq kimi görsək, onların lazımsız şübhələrini cəlp etmiş olmarıq.
Ruslarla strateji əməkdaşlıq, Türk dövlətləri üçün bərabər tərəfdaşlıq prinsipi çərçivəsində vacibdir. Bu əməkdaşlığa ruslar da isti baxacaq. Çünki hər iki xalqın ortaq potensial düşməni qərbdəki imperialist dövlətlərdir.
Tarixi boyunca hər iki xalq da qərbli imperialist qüvvələrlə boy ölçüşmüş, bəzən qərbi diz çökdürməyi bacarmışdır. Bundan başqa, hər iki xalq da dünyanın ən böyük dövlətlərini qurmuş, dünyaya istiqamət vermişdilər.
Sözün qısası, qardaş olan Türk dövlətləri yaxınlaşaraq bir araya gəlməli, Rusiya ilə də bərabər strateji ortaq kimi hərəkət etməlidir.
-Ayrıca, bir də Rusiyada yaşayan Türk mövzusu da var. Türkiyə təəssüf ki, bu türkləri niyəsə görməzlikdən gəlib. Rusiyada xüsusilə Sibirdə yaşayan türklər mövzusunda Türkiyə nə düşünür?
-Qəbul etmək lazımdır ki, Rusiyanın daxili bölgələrində yaşayan türklərlə hələ kifayət qədər maraqlanmaq mümkün deyil. Hardasa, içində boğulduğumuz gündəm və qlobal problemlər səbəbiylə diqqətimizi oradakı qardaşlarımıza verə bilmədik. Oralarda, Tuva, yakut, qumık kimi boylarımızın yaşadığını bilirik. Nadir də olsa gedib gəlmələr olur. Amma kifayət qədər olduğunu söyləmək çətindir.
Məsələn, Qazanda Dünya Üzgüçülük Çempionatı təşkil edildi. Bu böyük toplantılardan ordakı qardaşlarımız özlərinin tanıtımı üçün də qiymətləndirsələr də yaxşı olardı.
Şərhlər