Erməni təxribatları ilə bağlı 20 cinayət işi açılıb

17.10.2020 22:07     Müsahibə     700

Ermənistan ordusunun təxribatları ilə bağlı artıq müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik.

Reaksiya.az xəbər verir ki, bunu Gəncədə Azərbaycandakı diplomatik korpusun rəhbərləri və hərbi attaşelər üçün təşkil edilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, Gəncənin bombalanması və dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib. Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə müvafiq sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq.

Reaksiya.az 

Şərhlər

Çox oxunanlar