Niderlandlı məşhurdan ermənilərə ÇAĞIRIŞ:Ölmək istəmirsinizsə...

02.11.2020 17:07     Müsahibə     2270

Niderlandda yaşayan ermənilər saatlarla yolları bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar. Bu, nə dəlilikdir?! Sağlam düşüncə qabiliyyətlərini də itiriblər.

Bu sözləri Publika.az-a müsahibəsində niderlandlı səyyah yazıçı Henri Van Rens deyib.

Reaksiya.az Henri Van Renslə müsahibəni oxuculara təqdim edir.

- Əziz Henri, səyyah yazıçılar yenə gəmi ilə səyahət edirlər?

- Məsələn, mən dünyanı avtomobilimlə dolaşıram, gördüyüm maraqlı yerlər haqda müşahidələrimi qeyd edirəm. Avropa və Amerikadan olan oxucularımın sayı çoxdur. Azərbaycan ən çox təəssüratım olan ölkələr sırasındadır. 2009-cu ildən etibarən hər il Azərbaycana səfər edirəm. Bəzən hətta ildə iki dəfə gəlirəm. Bütün bölgələrinizi gəzmişəm. Məni Azərbaycana bağlayan güclü qüvvə var. Lənkəran, Xınalıq, Lahıc, ümumiyyətlə, bütün bölgələrinizi qarış-qarış gəzmişəm. Qarabağ münaqişəsindən məlumatsız olanda tam xəritə üzrə yoluma davam etmək istəyirdim. Hətta Qarabağ barədə tarixi məlumatlar da toplamışdım. Sonra məlum oldu ki, bu ərazi münaqişə zonasıdır. Təbii ki, tarixdən bir azca anlayışı olan insan anlayır ki, bu bölgə Azərbaycanındır, 30 ilə yaxındır ki, erməni işğalı altındadır. İşğalda Rusiyanın Ermənistana himayədarlıq etdiyini öyrənəndə ikiqat üzülmüşdüm.

- Yəqin bilirsiniz, 1 milyon məcburi köçkünümüz 30 ildir, Vətənlərinə həsrətdir.

- Əlbəttə, xəbərdaram. Erməni silahlı qüvvələri təkcə işğalçı dövlət kimi deyil, çox aqressiv təcavüzkar kimi davranırlar. Uzun illərdir ki, Ermənistan beynəlxalq səviyyədə Azərbaycanın hüquqlarını kobud şəkildə pozur. Bilirsiniz, müharibə heç vaxt alqışladığım çıxış yolu olmayıb. Lakin bir ölkə öz ərazisi uğrunda mübarizə aparırsa, bundan təbii heç nə yoxdur. Ermənistan hakimiyyəti Dağlıq Qarabağda ermənilərin öldürüldüyünü dünyaya car çəkir. Qarabağı gəzib, görmək istəyən səyyah yazıçı, Azərbaycanı, azərbaycanlıları sevən biri kimi ermənilərə səslənirəm. Ölmək istəmirsinizsə, bu ərazinin Azərbaycana məxsus olduğunu etiraf edib, 30 il öncəyədək olduğu kimi sülh içərisində yaşaya bilərsiniz.

Yox... Bu şərt sizi qane etmirsə, ölkənin ərazi toxunulmazlığı faktı ilə razılaşıb, öz vətəninizə-Ermənistana dönmək şansınız var.

Bütün bunlara etiraz edirsinizsə, qarşı tərəfin öz torpağı uğrunda savaşını da adekvat qarşılamalısınız. Çünki münaqişəyə səbəb Azərbaycan tərəfi, yox məhz sizsiniz.

- Niderlandda yaşayan erməni icmaları ilə ünsiyyətiniz var?

- Televizorda izlədim ki, ermənilər Niderlandın bir neçə əhəmiyyətli avtomobil yollarını bağlayıb, nümayiş keçiriblər. Saatlarla nəqliyyatın hərəkətinə mane olublar. Bu, nə dəlilikdir?! Sağlam düşüncə qabiliyyətlərini itiriblər. Təsəvvür edin, bu hal bir neçə dəfə təkrarlanıb. Yollar bloklanmışdı sanki. Yaxşı ki, polislər vaxtında müdaxilə etdilər. Təşkilatçılar məsuliyyətə cəlb olundu. Hətta bir neçəsinin həbs edildiyini öyrəndim. 2 həftədir xalqımızın qulağı dincdir. Müəyyən qədər sakitləşiblər.

- Niderland xalqına yaşatdıqları müvəqqəti narahatlıq üçün təəssüf edirəm. Biz illər boyu bu azğınlıqla mübarizə aparırırq. Məni maraqlandıran bir məqam da var. Hollandların ermənilərə ümumi münasibəti...

- Ətrafımdakı həmvətənlərim nə baş verdiyini anlamırlar. Heç mətbuatda da kifayət qədər informasiyaya rast gəlmək mümkün deyil. Xüsusən də indiki dövrdə pandemiya, koronavirus ölkəni bürüyüb. Lakin parlamentimizdə DENK partiyası var. Onlar Azərbaycanın haqq savaşını Niderlandın siyasi masasına gətirməkdən çəkinmirlər.

- Bəli, çünki türk qardaşlarımızdırlar. Parlamentin üzvü Tunahan Kuzuya da təşəkkürümüzü bildirmişik.

- Bəli, Türkiyənin Azərbaycana xüsusi dəstəyi Niderlandda yaşayan erməniləri çox narahat edir. Lakin bunun önəmi yoxdur. Əsas məsələ odur ki, qələbə sizinlə olmalıdır.

- Minnətdarıq, əziz Henri. Qarabağ gəzintilərinizə hazırlaşın...

- Əlbəttə...

Reaksiya.az

Şərhlər