Azad edilən ərazilərdə daha 12 mina aşkarlandı

28.11.2022 12:56     Müsahibə     300

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 248 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan Reaksiya.az-a verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Reaksiya.az

Şərhlər