Bu qədər şəxsin əlilliyə görə pensiyası dayandırılıb
26.12.2022 13:06 Müsahibə 654
“Son illər araşdırmalar nəticəsində 32 mindən artıq şəxsə əlavə ödəmə müəyyən olunub”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, növbəti dövrlərdə də araşdırmalar nəticəsində rəqəmlərin artması istisna edilmir: “2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam şəkildə bərpa edilib”.
Şərhlər