"Mustafa Cəmiloğlu 50 ildir qərb mərkəzli proqramın dəstəklədiyi fiqurdur" - Ünver Sel

03.10.2015 11:10     Müsahibə     2941

Reaksiya.az Krımda mövcud olan hazırki vəziyyəti öyrənmək Krım Tatar Dərnəkləri Federasiyasının sədri Ünver Sellə əlaqə yaradıb.

Ünver Sel ona ünvanlanmış sualları cavablandırıb. 

- Krım tatarlarının daha əvvəl türk dünyası ilə Ukrayna arasındakı münasibətlərdə mühüm körpü rolu oynadığını hamı bilir. Bəs Rusiyanın Krımı ilhaq etdikdən bu yana nə dəyişib?

- Krım tatarları Krımın Ukrayna tərkibinə daxil olduğu dövrdə əlbəttə ki Türkiyə-Bolqarıstan münasibətlərində körpü rolu oynayıb. Krım Rusiyanın tərkibinə keçəndən sonra da Krım tatarlarının bu rolu dəyişməyəcək. Hətta Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə də bu rol daha da yüksək səviyyəli olacaqdır. Türkiyənin Krım və Krım tatarları ilə əlaqəsi tarixin çox qədim dövrlərinə əsaslanır. Beləliklə, Krım tatarları Türkiyənin bölgədəki yaxın soydaş və həmfikir olan bir xalqdır. Krım tatarları 23 il Ukraynanın içində yaşayıb. Krım tatarlarının Rusiya ilə münasibətləri də uzun illərə əsaslanır. Bu əlaqə çar Rusiyası və Sovet dövründə təcrübə qazanıb.

- Sizcə Rusiyada yaşayan Krım tatarlarının bu günkü vəziyyəti normaldırmı?

- Ukraynada baş verən və hələ də davam edən daxili müharibə prosesinin başlanğıcında Krımda yaşayan xalq referendum ilə qərarını verərək Ukraynadan ayrılıb və Rusiya Federasiyasına daxil edilib. Krım Ukrayna zamanında muxtar bir respublika ikən bu gün respublika statusundadır. Krım tatarları Krımın yeni dövründə həyatlarını normal olaraq davam etdirir. Krım Ukrayna dövründə intizamsız formada idarə edilirdi. Bu gün isə Rusiya Federasiyasının qanunları çərçivəsində intizamlı idarə üsulu ilə idarə edilir. Bu idarə forması Krımda sabitliyi təmin edib. Krım tatarlarının həyat tərzində heç bir geriləmə, onlara qarşı təzyiq yoxdur. Krım tatarlarına qarşı Rusiya Federasiyasının qərar aldığı reabilitasiya qanunu tətbiq olunmağa başlanıb. Krım Ukrayna qanunlarından Rusiya qanunlarına keçid mərhələsində olduğu üçün bəzi bürokratik çətinliklər yaşanır. Ancaq bu sıxıntıların zaman içərisində düzələcəyinə inanıram. Krım Respublikasında Krım tatarcası rəsmi dil statusu alıb. Ölkə rəhbərliyində Krım tatar siyasətçiləri və bürokratları söz sahibidir.

- Krım dövlət televiziyasında tatarca yayımlanan televiziya kanalı var. "Millət" adlı bu televiziya kanalı üçün büdcədən 177 milyon rubl (3.2 milyon dollar) ayrılıb. Yaxın bir zamanda da tatarca yayımlanacaq “Vətən” adlı radio kanalı yaradılacaq. Televiziya eyni zamanda bütün türk dünyasında da yayımlanacaq. Bunu Rusiyanın türk dünyasına taktik gedişi kimi qiymətləndirmək olarmı?

- Krım Rusiya üçün türk dünyası baxımından pəncərə status daşıyan ərazi hissəsidir. Anadolu və Avrasiya coğrafiyasını bir-birinə bağlayır. Türkiyə uzun illərdir ki, Krım üzərindən türk dünyasına açılır. Bu gün isə Krım yeni bir rol alacaq. Rusiya da Krım tatarları üzərindən oxşar şəkildə türk dünyası na taktik gediş edəcək. Rusiya slavyan ölkəsi olduğu qədər türk ölkəsidir. Rusiya eyni zamanda islam ölkəsidir. Krımda nəşr olunmağa başlayan "Millət" televiziyası və yayımlanacaq olan "Vətən" radiosu türk dünyası baxımından Anadolunu Avrasiyaya, Avrasiyanı Anadoluya bağlayacaq və bölgə bu bölgələr arasındakı münasibətlərdə Krım tatarları yeni missiyanı üzərinə götürəcəkdir. Bu, Rusiya-Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

- Türk dünyasında bir Mustafa Cəmil Kırımoğlu əfsanəsi var. Keçdiyimiz aylarda Krım prezidenti Sergey Aksenov Mustafa Cəmil Kırımoğlunu sərt dillə tənqid edib və onu seperatizmdə günahlandırıb. Nələr olur? Görəsən, bütlər yıxılır? Hazırda səhnədə bizim bilmədiyimiz, bizə təqdim ediləndən başqa Mustafa Cəmil Kırımoğlu var?

- Cənab Mustafa Cəmil Bəy Sovet dövründəki fəaliyyətləri ilə dünya miqyasında şöhrət qazanan Krım tatar siyasətçisidir. Sovet dağıldıqdan sonra da bu görkəmini Ukrayna dövründə gördüyü işlərlə davam etdirib. Ancaq Mustafa Cəmilovun dövrü artıq sona çatıb. Mustafa bəy 50 ildir qərb mərkəzli proqramın dəstəklədiyi fiqurdur. Krımın Ukraynadan ayrılmamışdan əvvəlki prosesdə Mustafa bəyin vəziyyəti Krım tatarları arasında mübahisə yaradıb və özü bir az geri çəkilib. Ukraynadakı vətəndaş müharibəsi, Krımın Ukraynadan ayrılaraq Rusiyaya qoşulmaq qərarı Mustafa bəyə yeni bir siyasət sahəsi yaradıb. Qərb mərkəzli quruculuq Mustafa bəyi yenidən ortaya atıb. Mustafa bəy bu yeni dövrdə kompromis mövqe tutaraq Krım tatar xalqının gələcəyində mühüm bir vəzifəni öz üzərinə götürmək əvəzinə qərb mərkəzli mexanizmlərin ona verdiyi rolu oynayır. Bu yeni vəzifə Krım yarımadasını və Krım tatar xalqını təhdid edir. Mustafa bəyin və heyətinin müsəlman batalyonu və Krımın üstündə blokada tətbiq etməsi kimi qərarları qəbul edilməz haldır. Mustafa bəyin öz siyasi keçmiş kursunda sülhsevər, kompromis və insan haqlarını əsas götürdüyü siyasəti bu yeni dövrdə kəskinləşib. Bu sərt siyasət Krım tatar xalqına qarşı olan bir üsuldur.

- Bir də Çubarov məsələsi var. Bəs, o, nə istəyir? Tez-tez verdiyi müsahibələrdə Rusiyanın Krımı işğal etdiyini söyləyir. Bu nitqlərin altında hansı səbəblər yatır?

- Ukrayna dövründə de-fakto olaraq fəaliyyətini davam etdirən və Rusiya dövründə rəsmi olmadığı üçün varlığı müzakirə edilən Krım tatar Milli Məclisinin son sədri və hazırda Ukrayna deputatı Refat Çubarov Krım tatar xalqı arasında kütlələr tərəfindən dəstəklənən siyasətçi deyil. Refat bəy cənab Mustafa bəyə yaxın dayanaraq, onun keçmiş siyasi fəaliyyətini izləyir. Rusiya əleyhinə ritorikaları ilə tribunaya oynayır. Özünün Sovet dövründə tutduğu vəzifələri ilə hazırda səsləndirdiyi ritorikalar ziddiyyətlidir.

- Krım Tatar Mədəniyyət Dərnəkləri Federasiyasının sədri kimi sizin referendumla bağlı verdiyiniz açıqlama da xeyli əks-səda doğurmuşdu. Türkiyədə yaşayan bəzi Krım tatarlarının sizin açıqlamanıza hirslənməsinin səbəbi nə idi?

- Türkiyədə yaşayan Krım tatar diasporunun dərnək rəhbərləri Ukrayna və Krımda baş verən prosesləri tam anlamadıqları üçün referendumu düzgün dəyərləndirməyib. diaspordakı krım tatr dərnəklərinin rəhbərliyinə uzun qərb quruluşları tərəfindən tətbiq edilən proqramla hərəkət edən, əmri yerinə yetirən rəhbərlər gətirilib.Bu rəhbərlər referendumdan sonrakı dövrdə vahid mərkəzdən idarə olunaraq Rusiya əleyhinə ritorikaları ön plana çıxarıblar və Krımda yaşayan krım tatar xalqının gözləntilərindən uzaqlaşıblar. Ancaq bu siyasətin uğursuzluğu ötən aylarda Ankarada keçirilən qaçaq Dünya Krım Tatar Konqresidə aşkara çıxıb. Bu konqresdə siyasəti iflasa uğrayanlar Krıma qarşı sərtlik siyasətinə qayıdıb. Bu siyasəti uğursuzluq kimi qəbul etmək lazımdır. Diasporda Ukraynada və Krımda yaşayan bəzi köhnə siyasətçilər və dərnək üzvləri üçün yeganə çıxış yolu  cənab Mustafa Bəyin siyasi irsidir.

Şərhlər