"İtaliya əvvəlkinə baxanda indi zəif oynayır" - Emin Quliyev

09.10.2015 17:11     Müsahibə     3683

"Rəvan"ın baş məşqçisi Emin Quliyevin Reaksiya.az saytına müsahibəsi:

- Millimiz sabah "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə qarşılaşacaq. İstərdim bir qədər tarixə səyahət edək. 2002-ci ildə Bakıda bu rəqibə 0:2 hesabı ilə uduzduğumuz matçda siz də millinin heyətində 90 dəqiqə oynamısız. Həmin görüşü necə xatırlayırsız?

- Həmin oyunu çox yaxşı xatırlayıram. Pis oynamamışdıq. Sadəcə, birinci qolu özümüz öz qappımıza vurduq. İkinci topu isə Alessandro del piero cərimə zərbəsindən qapımızdan keçirtdi.

- O vaxtkı İtaliya ilə indikini müqayisə etsək, sizcə, hansı daha güclüdür?

- Mənə elə gəlir ki, o vaxtkı komanda daha güclü idi. Həm oyun üslubuna, həm də heyətindəki ulduz futbolçuların sayına görə bizim vaxtımızdakı İtaliya yığması daha üstün idi. İtaliya millisinin son oyunlarına baxmışam. Əvvəlkinə baxanda, indi zəif oynayırlar.

- Sabahkı oyundan nə gözləyirsiz?

- Əvvəlcəonu deyim ki, asan oyun olmayacaq. Amma ən azı millimizdən 1 xal gözləyirəm.

- Dediniz ki, İtaliyadan xal almaq olar. Bunun üçün komandamız nə etməlidir, necə oynamalıdır?

- Müdafiədə oturmamlıdırlar. Xorvatiya ilə oyundakı kimi sonadək vuruşsalar, nəsə etmək olar. Bəlkə də xorvatlarla oyundakından bir az daha artıq mübarizə aparmalıdırlar.

- Maraqlıdır, oyuna stadionda baxacaqsız, yoxsa evdə?

- İnşallah, istəyirəm stadionda baxım. Amma dəqiq bilmirəm.

Şərhlər