"Azərbaycan - Türkiyə münasibətlərini araşdırmağa çalışdıq"... - Türkiyəli yazarlar - FOTOLAR
10.11.2015 13:12 Müsahibə 3265
Beynəlxalq Siyasət Akademiyası (UPA) yazarı Sinan Kısacık, Hakan Sezgin Erkan və Damla Sevimlinin birgə qələmə aldığı "Türkiyənin Qonşuları" seriyasının 1-ci cildi "XV əsrdən XXI əsrə Türkiyə-Azərbaycan Münasibətləri və Azərbaycanın sosial, iqtisadi, mədəni məyişikliyi" kitab mağazaların rəflərində yerini alıb. "Türkiyənin Qonşuları" seriyasının ilk kitabı olan "XV əsrdən XXI əsrə Türkiyə-Azərbaycan münasibətləri və Azərbaycanın sosial, iqtisadi, mədəni dəyişikliyi" Türkiyə-Azərbaycan siyasi əlaqələrini dövrlərə ayıraraq araşdırır. Kitabda hadisələr xronoloji ardıcıllıqla verilir. Kitabın ilk fəslində Azərbaycandakı proseslərin daha yaxşı qavranılması üçün Qafqaz regionunun xüsusiyyətləri göstərilir. Kitabın ikinci fəslində Azərbaycan adının kökləri araşdırılır. Üçüncü fəsildə Türkiyə ilə Azərbaycan arasında həqiqi mənada siyasi əlaqələrin başladığı XV əsrə qədərki Azərbaycanın ictimai, mədəni və iqtisadi quruluşundan bəhs olunur. Kitabın dördüncü fəslində qırılma nöqtələri qeyd edilərək 10 dövrə ayırdığımız Türkiyə-Azərbaycan siyasi münasibətlərinə toxunulur. Kitabın beşinci, altıncı, yeddinci və səkkizinci hissələrində 15-ci əsrdən bu günümüzə qədər qırılma nöqtələri nəzərə alınaraq dövr-dövr Azərbaycanın sosial, mədəni və iqtisadi quruluşu və dəyişikliyi göstərilir. Kitabın doqquzuncu hissəsində hazırda Azərbaycanın ən böyük problemi olan Dağlıq-Qarabağ problemi keçmişdən indiyə qədər analiz edilir. Kitabın onuncu hissəsində Azərbaycanın enerji strategiyası və Cənub Qaz Dəhlizi ətraflı müzakirə olunur. Kitabın on birinci və axırıncı hissəsində isə Azərbaycanın yeni mübahisə edilməyə başlayan, lakin mənşəyi olduqca keçmişə söykənən problemi Xəzərin hüquqi statusu araşdırılır.
Biz də Reaksiya.az olaraq kitabın müəllifləri ilə virtual mühitdə bir müsahibə reallaşdırdıq.
Oktay Hacımusalı: Qısaca özünüzdən bəhs edə bilərsinizmi?
Hakan Sezgin Erkan: 1988-ci ildə Qaziantepdə doğulmuşam. İbtidai təhsili Qazi Mustafa Kamal adına Orta Məktəbdə, orta məktəbi Özəl Sanko məktəblərində, lisey təhsilimi isə Qaziantep Anadolu Liseyində almışam. Akademik təhsilimi 2011-ci ildə Yeditepe Universiteti Siyasət Elmi və Beynəlxalq Münasibətlər fakültəsində davam etdirmişəm və 2013-cü ildə məzun olmuşam. Daha sonra Yeditepe Universitetində Siyasət Elmi və Beynəlxalq Münasibətlər Fakültəsində (İngilis Dilində) doktarantura təhsili almışam. 2015-ci ilin əvvəlində Dəniz Tansi ilə birlikdə yazdığım və redaktoru olduğum “Türk Xarici Siyasətində Aktual Tendensiyalar (2000-2014)” adlı kitabım nəşr olunub.
Sina Kısacık: 1979-cu ildə Adanada anadan olmuşam. İbtidai təhsilimi Adanada İsmət İnönü və İstanbul Həsən Əli Yücel ibtidai məktəbində, orta təhsilimi Ayas kolleci və Gündoğdu kollecində almışam. Ali təhsilimi İstanbul Bilgi Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində davam etdirmişəm. Magistraturanı bitirdiyim zaman dissertasiyamı doktor assistantı Selcan Serdaroğlunun rəhbərliyi ilə "Türkiyənin Avropa Birliyinin əsas hüquqlarına uyğunluğu" mövzusunda yazdım. 2009-ci ildə Yeditepe Universiteti Siyasət Elmi və Beynəlxalq Münasibətlər fakültəsində doktorantura təhsilimə başladım və hələ də təhsil alıram. 2010-ci ildə Bahçeşehir Universitetinin nəşrləri tərəfindən dərc olunan və doktor assistenti Burak Küntayın redaktə etdiyi "Hökümət və liderlik məktəbi haqda düşüncə" adlı yığma kitabda bir məqaləm var. 2013-2014 illəri arasında Xəzər Strateji İnstitutu Xarici Siyasət və Təhlükəsizlik Tədqiqatları Mərkəzində tədqiqat assistenti kimi fəaliyyət göstərmişəm. 2015-ci ildə Mahmud Dəniz Tansi və Hakan Sezgin Erkanın baş redaktorluğu ilə "Türk xarici Ssyasətində aktual tendensiyalar (2000-2014)" adlı kitabım dərc olunub. Kitabda “Türkiyə-Bosniya və Herseqoviniya münasibətləri və Türkiyənin enerji strategiyası" mövzularında iki hissəli verilib. Bununla yanaşı Furkan Kaya ilə birlikdə qələmə aldığım "Türkiyə-Xəzər regionundakı ölkələrin münasibətləri" və "Türkiyə-Çin Xalq Cümhuriyyəti əlaqələri" adlı iki məqaləm də yer alıb. Bundan başqa 2015-ci ildə Hüseyn Işıksal və Ozan Örmecinin baş redaktorluğu ilə hazırlanan və Peter Lang nəşriyyatında çap olunan “Turkish Policy in the New Millenium” kitabında “The Approach of Turkey on the Internationalising Iranian Nuclear Program” və Tülin Avcı ilə birgə qələmə aldığım “An Assessment of the Pipeline Projects for the Transportation of Caspian Basin Hydrocarbons with in the Context of Energy Strategies of the United States, the Russian Federation, and Turkey” adlı iki ədəd məqaləm var. 2012-ci ilin iyulundan bu yana Beynəlxalq Siyasət Akademiyasında köşə yazıları yazıram.
Damla Sevimli: 1989-cu ildə İstanbulda anadan olmuşam. İbtidai təhsilimi Kadir Rezzan Has ibtidai məktəbində, orta təhsilimi isə Professor Faik Somer adlı məktəbdə almışam. Ali təhsilimə Kocaeli Universitetinin İqtisadi və İnzibati Elmlər fakültəsində Beynəlxalq Münasibətlər ixtisası üzrə başlamışam. Magistratura təhsilimi İstanbul Ticarət Universiteti Sosial Elmlər İnstitutu Beynəlxalq Münasibətlərdə davam etdirmişəm. 2013-ci ildə Mim Kemal Ökenin rəhbərliyi ilə "Türkiyədə Mətbuat və Demokratiya 28 Fevral prosesində “Hürriyyət” qəzeti (28 Fevral 1997-ci il - 28 Fevral 1998)" adlı dissertasiya yazmışam. 2013-ci ildə Yeditepe Universitetində Siyasət Elmi və Beynəlxalq Münasibətlər üzrə doktorantura təhsilinə başlamışam. Hazırda doktorantura təhsilimə davam edirəm.
O.H: Oxucularımıza kitabla bağlı məlumat verməyinizi xahiş edərdik.
S. K: Təbiiki. İlk növbədə təşəkkür edirəm. Mən bu haqda Hakan bəyin məlumat verməyini istəyirəm. O, sizə daha ətraflı məlumat verəcək.
H.S.E: Oktay bəy, bu, bizim Türkiyənin qonşuları kimi müəyyən etdiyimiz seriyanın ilk kitabıdır. Azərbaycan Türkiyə üçün əhəmiyyətli olduğundan seriyaya Azərbaycan ilə başlamaq istədik. Kitab əslində mənim Azərbaycanla bağlı apardığım araşdırmalarla başladı. Daha sonra araşdırmaları genişlədərək kitab formasında nəşr etdik. Kitabda 15-ci əsrdən dövrümüzə qədər Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı ilə birlikdə Türkiyə-Azərbaycan əlaqələrinin qırılma nöqtələrini əsas tutaraq 10 ayrı dövrdə araşdırılır. Bununla yanaşı mühüm problemlərdən biri olan Xəzərin hüquqi statusu da araşdırılır. Eyni zamanda region üçün mühüm iki məsələ olan Cənub Qaz Dəhlizinə də kitabda yer verilib. Dağlıq Qarabağ hissəsi isə həm biz, həm də Azərbaycanlı qardaşlarımız üçün mühüm əhəmiyyət kəsb etdiyindən ayrı cilddə araşdırılıb. Dağlıq Qarabağ problemi ilə yanaşı xüsusilə Xocalı qətliamı mənbələri ilə birlikdə dəqiq olaraq ortaya qoyulub. Kitabımızın xülasəsi bu formadadır.
O.H: Azərbaycan xüsusən, XX əsrdə çox ağır tarixi proseslərdən keçib. Sovet dövrünə kitabda necə yer verilib?
H.S.E: Bu hissəni Sinan bəy, həmin dövrün sosial mədəni münasibətlərini isə Damla xanım yazıb. Mən sözü onlara ötürüm.
S.K: 1920-199-ci illər arasındakı dövrü icmal şəklində müzakirə etdik. Əsas 1990-ci ildən sonrakı dönəmə xüsusi diqqət ayırmışıq.
D.S: 1920-ci ildən kommunist rejimi rəhbərliyi altında yaşamısınız. Bu hakimiyyət bölgədə bir çox dəyişikliklərə səbəb olub.
H.S.E: Bildiyiniz kimi 1920-1991-ci illərdə Sovetin təzyiqi səbəbiylə siyasi əlaqələrimiz çox məhdud olub. Ona gör də 10 dövrə ayırdığımız kitabda ən az siyasi əlaqələrimiz məhz bu dövrdə yer alıb. Damla xanım isə social mədəni əlaqələr haqqında daha geniş informasiya verib.
S. K: Bu dövr siyasi əlaqələr çox məhdud idi.
D.S: Bu dövrdə Sovet rejimi dilə, təhsilə, idarəçiliyə və bir çox başqa sahələrə də təsir göstərib. Və bu sahələrdə köklü dəyişikliklər aparılıb.
S.K: 1990-ci ildən sonrakı dövrdə isə münasibətlər istiləşməyə doğru getdiyini görürük.
D.S: Bu dəyişikliyə qarşı xalqdakı dinamizm divar yaradıb və özünü qoruyub.
O.H: Bu problemin davamı olaraq soruşmaq istəyirəm ki, Sovet dövründəki sosial-mədəni əlaqələr necə yer aldı o kitabda? Biz iki dövlət, bir millətik. Bu baxımdan təbii ki, sosial-mədəni əlaqələr dar kontekstdə də olsa, davam etdi, amma SSRİ ərazisindən.
H.S.E: Damla xanım başlanğıc olaraq daha ətraflı cavab verəcək. Azərbaycan Sovet işğalından azad olduqdan və müstəqillik qazandıqdan sonra çox sürətli inkişaf etdi. Türkiyə ilə münasibətlər başlanğıcda yalnız qardaşlıq üzerindəydi. Bu gün isə iki dövlət, tək millət tərifi qardaşlığımızın üzərinə bir də strateji tərəfdaşlıq əlavə etdi.
D.S: Sovet hakimiyyətinin Azərbaycanı işğal etməsindən qısa müddət sonra təzyiqlərə başladı. Bundan sonra Azərbaycan xalqının səfalət dövrü başladı, bu dövr ən çox təsirini isə Azərbaycan milli oyanışına xidmət edənlərə və ziyalılara göstərdi.
H.S.E: Azerbaycan yeraltı sərvətləri baxımından zəngindir və bunlardan istifadə etməyi bacarır. Türkiyə isə bunları qərb bazarlarına göndərir.
D.S: Sovet rejiminin iqtisadiyyata göstərdiyi təsirləri əlbəttə ki mədəniyyyətdən də yan keçmədi. Köklü dəyişikliklər baş verdi. Bu dəyişiklik din, dil, təhsil sahələrində özünü göstərdi.
H.S.E: Azərbaycanın bu dövrdə Rusiya təsirindən uzaq qalması və müstəqil hərəkət etməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox əhəmiyyətli idi.
D.S: Azərbaycan xalqı yeni sistemə ayaq uydura bilmədi və xalqda bu sistemə qarşı nifrtə yarandı.
O.H: Bəs, 70 il ərzində social-mədəni sahədə hansı dəyişiklik baş verdi?
D.S: Sovet hakimiyyətinin milli kimliyə aid elementləri deformasiya etmək üçün həyata keçirdiyi qadağalar, hakimiyyətin mövqeyi xalqı çətinə saldı. Lakin, sovet rejimi heç vaxt Azərbaycan türklərinə nüfuz edə bilmədi. Azərbaycan milli kimliyini qorumaq üçün hamı çalışdı və bu da birgə şüuru yaratdı.
O.H: Bu sosial və mədəni əlaqələr Azərbaycanın azadlığına qovuşmasındakı ən mühüm amil hesab etmək olarmı?
D.S: Əlbəttə, əgər əksinə olsaydı, müstəqil dövlət qurmaq olmazdı. Beləki, bu dəyişiklik dövründə İsmayil Qaspıralıdan Hacı Zeynəlabdin Tağıyevə qədər həm burjuaziyanın, həm ziyalıların, həm də xalqın həmrəyliyini görürük. Milli birliyi qorumaq məqsədli həyata keçirilən bütün fəaliyyətlər Azərbaycanın müstəqilliyinə bir kərpic qoydu.
O.H: Bu dedikləriniz 1918-ci ilə aiddir. Bəs sonrası? Azərbaycan Xalq Cumhuriyyətinin 23 ayliq fəaliyyətindən sonra Azərbaycan SSRİ-nin hakimiyyəti altına keçdi. Bu dövdrdə tez-tez Nərimanovun adından bəhs edilir. Azərbaycan tarixində nasyososyalist Azərbaycandan sosialist Azərbaycana keçid dövrü var, sizcə?
D.S: 1920-ci ildən sonra İsmayil Qaspiralı gördüyü işlərlə ziyalılara da təsir göstərib. Təbiki, bu görülən işlər Sovet hakimiyyəti dövründə də öz təsirini göstərib. Mədəni dəyişikliyin olduğu vaxtda xalqın birləşərək özünü qoruduğu dövrü əvvəldən yazmasaq, səhv olar. İqtisadi baxımdan da Nərimanovun Sosialist Partiyasının üzvü olması Azərbaycanın sosializmdən qidalandığı mənasına gəlmir.
H.S.E: Fikrimcə, Azərbaycan heç vaxt tam mənada sosialist olmadı. Sovet hakimiyyəti dövründə üst sturukturlar belə olsa da, alt sturukturlar heç vaxt tam olaraq sosializmi qəbul etmədi. Əgər elə olsaydı, 1990-cı ildə xalq müstəqillik qazanmaq üçün səy göstərə bilməzdi. O qədər əzab-əziyyətə və ölümə baxmayaraq insanlar heç vaxt müstəqillik mübarizəsindən imtina etmədi. Bu da Azərbaycanın əslində milli mənliyinin heç olmadığının göstəricisidir.
O.H: Bəs, o dövrdə bir də Əli bəy Hüseyinzadə faktoru var. O, ittihad və tərəqqinin qurucularındandır. Milli maarifin inkişafında Əli bəyin təsiri nə qədərdir? Kitabda Yeni türklər və Azərbaycan aydınları arasında əlaqələr müzakirə edilib?
H.S.E: Kitabda bu məsələlərə iki ayrı-ayrı fəsildə yer vermişik. İlkin olaraq, Azərbaycan Demokratik Respublikasının tarixi fonunda bu məsələyə toxunmuşuq. Bununla yanaşı, 1908-ci ildə İttihad və Tərəqqi inqilabından bəhs olunan hissədə qeyd olunub.
D.S: Əlbəttə, milli maarifin inkişafında Əli bəy Hüseynzadənin təsiri var.
O.H: Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdən bəhs edək. Bu gün Azərbaycanda Dağlıq Qarabağ problemi var və bu problem ən azı Azərbaycan qədər Türkiyəni də maraqlandırır. Xarici qüvvələr təsiri bu məsələdə nə qədər fəaldır?
H.S.E: Əlbəttə, bu, yalnız Azərbaycanın problemi deyil. Əvvəla, burada beynəlxalq hüquq normaları pozulub. Bununla yanaşı, Rusiya Sovet dövründən bəri dəstəklədiyi Ermənistana Dağlıq Qarabağ işğal edilərkən də dəstək verib. Qərb bu məsələdə fəal müdaxilə edən tərəf olmasa da, Türkiyə ilə birlikdə Azərbaycanın Rusiyaya qarşı balanslı yaratması bu problemin həlli üçün çox vacibdir. Çünki Türkiyə həm qərb ilə, həm də şərq ilə dialoqu olan və bu məsələdə Azərbaycana qarşılıqsız dəstək verən ölkədir.
S.K: Belə düşündüyümüz üçün bu mövzuya geniş yer ayırdıq. ATƏT-in Minsk Qrupu problemin həllindəheç bir nailiyyət əldə etməyib. Təbii ki, burada həmsədr ölkələrdə erməni lobbilərinin fəaliyyəti problemin həllinə maneə yaradır.
H.S.E: Çünki Ermənistanın da burada istədiyi “solution is no solution”dur (həll ya da həllsizlik).
S.K: Problemin həll edilməsi istəyənlər qədər maneə örədənlər də var.
O.H: Maneə yaradanların məqsədi nədir?
S.K: Azərbaycan hazırda ATƏT-in Minsk Qrupunun varlığını mühakimə edir. Rusiya regionda hakimiyyətini qorumaq, Fransa və ABŞ isə etnik lobbilərin siyasətdəki təsirini artırmaq istəyir. Amma bu siyasət təcrid edilmə nəticəsinə gətirib çıxardır. Hazırda Ermənistan iqtisadi olaraq tamamilə Rusiyanın nəzarətindədir və daima itirən mövqedədir. Minsk qrupu həmsədrləri də tərəfsiz olmadıqlarına görə, diasporunun istəkləri qarşısında da tərəfsiz qala bilmirlər. Bu səbəbə görə də problem heç cür həll edilə bilmir.
H.S.E: Erməni lobbisinə fərqli baxmaq lazımdır. Bu insanların əksəriyyəti heç vaxt Ermənistana gəlməyib və ya dünyanın müxtəlif ölkələrində yaşayır. Ermənistanda yaşanan vəziyyəti tam bilmirlər əslində. Yəni, erməni lobbisi hadisəyə əslində real siyasi çərçivədən yanaşmır. Bu səbəblə maneələri var. Ermənistan ilə bu problemlər olmasaydı, Ermənistan həm Türkiyə, həm də Azərbaycan ilə ticarətdən pul qazana və iqtisadiyyatını inkişaf etdirə bilərdi. Amma diasporunun təzyiqi səbəbiylə bu addımlar atılmır. Bu vəziyyəti dəyişdirmək üçün erməni diasporu təzyiqi dayandırmalıdır.
O.H: Bu məsələlərdə Türkiyənin rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?
S.K: Türkiyə bu məsələdə mühüm rol oynayır. Ermənistanın həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmənçilik mövqeyinə görə, Ankara və Bakı hər bir sahədə münasibətlərini inkişaf etdirir. Bununla yanaşı Azərbaycan Türkiyə münasibətləri qardaşlıq təməlləri üzərində qurulub. Həmçinin, iki ölkə həm öz enerji təhlükəsizliyi, həm də avropa enerji təhlükəsizliyi kontekstində strateji tərəfdaşdır.
O.H: Amma bəzi məsələlərdə Türkiyə olduqca soyuqqanlı davranır, sankiöz mövqeyini tamamilə ortaya qoya bilmir. Siz bu barədə necə fikirləşirsiniz?
S.K: Türkiyə apardığı əsas xarici siyasət parametrləri çərçivəsində regional tarazlıqları da nəzərə alır. Real siyasi durum bunu tələb edir. Lakin Türkiyə Qərbin təzyiqinə baxmayaraq Ermənistanla sərhəd qapısını açmadı və Azərbaycanın yanında olduğunu göstərdi. İki ölkənin prezidentlərinin bəyanatlarında bunu açıq şəkildə görürük.
H.S.E: Rusiya Türkiyə ilə Azərbaycanın da yaxınlaşmasını istəmədiyinə görə, belə bir görüntü yaradır. Yoxsa Azərbaycan müstəqil olduğundan indiyə qədər Türkiyə daim Azərbaycanın yanında olub.
S.K: İki ölkə münasibətləri özünəməxsusdur. Bu münasibətlər ola bilər ki, regiondakı digər dövlətlərin xoşuna gəlmir. Amma iki ölkə arasındakı əlaqələr bütün mənfiliklərə qarşı daim ayaqda qalıb.
O.H: Kitabda İran-Azərbaycan münasibətlərinə necə toxunmusunuz?
H.S.E: Bu münasibətlər İranla bağlı seriyada daha ətraflı müzakirə olunacaq, amma kitabda da regional problemlər çərçivəsində Türkiyə, İran, Azərbaycan üçbucağını müzakirə etdik.
O.H: Son olaraq seriyanın digər kitabları ilə bağlı məlumat verə bilərsinizmi?
H.S.E: İkinci kitabda Türkiyə-Suriya-İraq münasibətlərindən bəhs etmək istəyirik.
Şərhlər