Elmar Vəliyev birinci müavinini işdən çıxardı

30.11.2015 14:21     Siyasi reaksiya     2080

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub. 

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, onun vəzifədən çıxarılması haqqında əmri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev imzalayıb.

N.Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38-saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Qanunvericiliyə görə, Milli Məclisin deputatı icra hakimiyyəti strukturunda vəzifə tuta bilməz. 

N.Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir. 

Şərhlər