İki ölkə arasında baş verən proseslərə biganə qala bilmərik - Bahar Muradova

30.11.2015 16:16     Siyasi reaksiya     1767

"Biz təəssüf edirik ki, regionda belə bir insident baş verib. İnanmaq istəyirəm ki, hər iki dövlətin rəhbərliyi, cəmiyyəti və xalqları bu insidentin böyük fəlakətə sürükləyə biləcək qarşılıqlı ziddiyyətlərə, qarşıdurmalara gəlib çıxmasına imkan verməyəcəklər. Bu insident aradan qaldırılacaq".

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan bu proseslərdən çox təəssüflənir və narahat olur: "Çünki Rusiya ilə gözəl əlaqələrimiz var. Bu, strateji müttəfiqliyə söykənir. Türkiyə isə çox yaxın və qardaş ölkədir. Bu iki ölkə arasında baş verən proseslərə biganə qala bilmərik. Əlbəttə, narahatlığımızı da bu səbəbdən ifadə edirik. Azərbaycan olaraq, biz münasibətlərin qurulması, davam etdirilməsi üçün hansı imkanlarımız varsa, onlardan istifadə etməyə cəhd edirik. İlk növbədə, hər bir siyasi xadimə, ictimaiyyətə, mətbuata bu münasibətlərin gərginləşməsinə xidmət edən açıqlamalar verməkdən çəkinməyi tövsiyə edərdim". 

Şərhlər