İlham Əliyev rumıniyalı həmkarını təbrik edib

01.12.2015 00:56     Siyasi reaksiya     1649

Azərbaycan prezidenti İlham Əliyev rumıniyalı həmkarı Klaus İohannisi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlığımız üçün geniş imkanlar açıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı, strateji xarakter daşıyan əməkdaşlığımızın mövcud potensialından səmərəli istifadə olunması bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Şərhlər