Davudoğlu Bakıya gəlir
01.12.2015 11:12 Siyasi reaksiya 2138
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı və proqramı məlum olub.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, baş nazir dekabrın 3-də günorta saatlarında Azərbaycana gələcək. O, həmin gün Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcək.
Növbəti gün Ə. Davudoğlunun ADA Universitetində çıxışı planlaşdırılır.
Türkiyə baş nazirinin Azərbaycan səfəri dekabrın 4-də başa çatacaq.
Şərhlər