Deputatlar vəsiqələrinə qovuşdu - YENİLƏNİB

01.12.2015 12:44     Siyasi reaksiya     2131

“Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib”.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin ilk plenar iclasının açılışında sədr Oqtay Əsədov deyib. O, bu gün deputat vəsiqələrinin paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib.

M. Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib.

 

12:15

Bu gün Milli Məclisin plenar iclası başlayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasda Milli Məclisin İntizam komissyiası təşkil ediləcək, Hesablayıcı komissiyanın tərkibində dəyişiklik ediləcək.

İclasda eyni zamanda Milli Məclisin komitə sədrlərinin müavinləri və komitələrin üzvləri seçiləcəklər.

Şərhlər