Rəsulzadəni təhqir edən deputat məhkəməyə veriləcək

01.12.2015 14:05     Siyasi reaksiya     2237

 
Gəncədən yeni seçilən millət vəkili Naqif Həmzəyev "Yeni Müsavat" qəzetinin əməkdaşı ilə söhbətində Məmməd Əmin Rəsulzadəni satqın adlandırıb: “O, bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.
 
Reaksiya.az "Modern.az"a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin yeni deputatın açıqlamasına münasibəti isə kəskin olub.
 
O, deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir. Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq. O kimdir?! Prezidentdən çox bilir tariximizi?! Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”. 

 

Şərhlər