İran parlamentindən - Nardaran təxribatı

01.12.2015 16:27     Siyasi reaksiya     2028

İran parlamentinin təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran sakinlərini açıq-aşkar iğtişaşlara çağırıb. 

Reaksiya.az AzVision.az-a istinadən xəbər verir ki, Mansur Həqiqətpur Nardaranda baş verən hadisələri pisləyib.

O bildirib ki, Azərbaycan rəhbərliyi regionda hadisələrdən dərs almalıdırlar.

Həqiqətpur bəyan edib ki, Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq verir, digər tərəfdən şiələrə qarşı zorakılıq tətbiq edir. Onun sözlərinə görə, bu cür hərəkətlərin çox pis nəticələri olacaq. 

Şərhlər