İlham Əliyev təbrik ünvanlayıb

02.12.2015 00:23     Siyasi reaksiya     1634

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktumu təbrik edib: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

***

Azərbaycanın dövlət başçısı İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Çoummali Sayasoneyə təbrik məktubu göndərib.

Reaksiya.az-ın məlumatına görə, prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə laoslu həmkarına və laos xalqına təbriklərini çatdırıb.

Şərhlər