Təmas xəttində monitorinq baş tutdu
02.12.2015 14:04 Siyasi reaksiya 1975
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Saymon Tiller keçiriblər.
Şərhlər