Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri görüşəcək - Tbilisidə

02.12.2015 15:18     Siyasi reaksiya     1910

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Gürcüstanda keçiriləcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, NATO nazirlər toplantısı çərçivəsində Brüsseldə türkiyəli həmkarı ilə görüşən Gürcüstan xarici işlər naziri Georgi Kvirikaşvili onu üçtərəfli görüşdə iştirak üçün Gürcüstana dəvət edib. Görüşdə həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji vacibliyi qeyd olunub.

Bununla yanaşı, tərəflər regionda təhlükəsizlik məsələsini müzakirə edib və Azərbaycan da daxil olmaqla, üçtərəfli format çərçivəsində əməkdaşlığın müsbət dinamikasını vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə Bakıda keçirilən görüşdən sonra ilin sonunadək 3 ölkənin xarici işlər nazirlərinin görüşünün təşkili barədə razılığın əldə olunduğunu bildirib.

Şərhlər