İlham Əliyev argentinalı həmkarını təbrik etdi

02.12.2015 16:41     Siyasi reaksiya     1839

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.

Reaksiya.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Makri,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Şərhlər