“Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirik”

03.12.2015 01:16     Siyasi reaksiya     1707

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Ukrayna Prezident Administrasiyasının başçısı Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ukrayna Aleksandr Mişşenko və digər rəsmi şəxslər iştirak ediblər.

Z. Əsgərov ölkələr arasındakı dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu və müstəqillik əldə etdikdən sonra əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib. O, hər iki ölkənin parlamentlərinin  dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını, deputatların nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq etdiklərini söyləyib. Z. Əsgərov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Ukraynanın göstərdiyi dəstəyə vəDağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

B. Lojkin isə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verdiklərini və hökumətlərarası komissiyasının fəaliyyətinin gücləndirilməsinin əməkdaşlığın dərinləşməsində mühüm rol oynayacağına inandığını vurğulayıb. B. Lojkin bu yaxınlarda ölkəsininBMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi prosesində Azərbaycanın göstərdiyi dəstəyi yüksək dəyərləndirib. O, Dağlıq Qarabağprobleminin həllində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini də xüsusi vurğulayıb.

Qəbulda parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf  perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.

 

Şərhlər