Davudoğlunun Azərbaycana səfəri başladı

03.12.2015 14:08     Siyasi reaksiya     1882

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirin Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qarşılayıblar.

Baş naziri Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, baş nazirin müavini Mehmet Şimşek, enerji və təbii qaynaqlar naziri Berat Albayrak və digərləri müşayiət edirlər.

Bu gün və sabah davam edəcək səfər çərçivəsində Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Şərhlər