İlham Əliyev və Davudoğlu təkbətək görüşdü
03.12.2015 16:33 Siyasi reaksiya 1911
Dekabrın 3-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.
Reaksiya.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər