Elmar Məmmədyarov almaniyalı həmkarı ilə görüşüb

04.12.2015 00:35     Siyasi reaksiya     1692

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini vurğulayıb və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Şərhlər

Çox oxunanlar